İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


25.03.2022  09:33 

Bitki və ağaclar da səcdə edir





A+  A-

İnsanla təbiət arasında harmoniyanın olması sübuta yetirilmiş həqiqətdir. Məhz, bu harmoniya nəticəsində “tərəflər” bir-birinə tükənməz həyat bəxş etməkdədir. Əslində, bunları ayrılıqda təsəvvür etmək də düzgün sayılmaz. Çünki ilahi yaradılış əzəldən elə bu sayaqdır. Biz, onu da nəzərə almalıyıq ki, insanlardan fərqli olaraq, təbiətdə bütün canlılar (ağaclar, bitkilər, güllər, çiçəklər və s.) müəyyən hissiyata malikdirlər - onlar bizi daha yaxşı “duyur” və “dərk” edə bilirlər. Bu, dəfələrlə sınaqdan keçirilmiş kerçəklikdir.

Allah yaratdığı hər bir canlının yaşam tərzini elə müəyyənləşdirib ki, qarşıqlı “münasibətlər” müsbət yöndə olmadığı təqdirdə qeyri-ixtiyari tarazılıq itir, yəni nizam pozulur. Bu da sonda insanın özünə ziyan gətirir.

Hər bir bitki ayrı-ayrılıqda sehirli xüsusiyyətə malikdir və bu, onlar üçün həyati əhəmiyyət kəsb edir.

Məsələn, küsdüm ağacının elə növü vardır ki, ona yüngülcə toxunarkən yarpaqlarını solğun və sanki cansızmış kimi aşağı sallayır. Bu, bir növ müdafiə reaksiyasıdır. Bu ağaclar ona toxunmadan da “obyekti” qabaqlayaraq cavab verməyə qadirdir: hər hansı bir əşyanın ona sadəcə iki sm yaxınlaşması kifayətdir; toxunma hələ olmayıb, amma küsdüm bunu qabaqcadan duyaraq yarpaqlarını sallayır və adına uyğun şəkildə “küskün” mövqe nümayiş etdirir.

Hələ qədim zamanlarda bağban və bostançılar bitkilərlə əməlli-başlı “ünsiyyət” qurmağa müvəffəq olublar. Onlar bitki və ağaclarla “danışaraq”, yəni onları tərifləyib təqdir edərək bol məhsul əldə edə bilmişlər. “Seçilmiş” adamlara bitki və ağaclar daha həvəslə “qulaq asırlar”. Yəni, insan nitqini qavrayan bitki və ağaclar dualara və müqəddəs sözlərə olduqca müsbət “cavab” verirlər. Bu, şübhəsiz ki, Yaradanın saysız-hesabsız hikmətlərindən biridir.



Qurani-Kərim təbiətdəki müvazinətə diqqət çəkərək insanlara xatırladır ki, təbiəti təşkil edən bütün ünsürlərin arasında İlahi bir bağlılıq var və bundan da bir ibrət dərsi alınmalıdır. Elə buna görə də bizdən təbiətdəki hər bir ağaca, hər bir bitkiyə və s. xüsusi bir qayğıyla yanaşmaq tələb olunur. Çünki insan Allahın yer üzündəki xəlifəsidir və elə o səbəbdən də təbiəti İlahi əmanət kimi qorumağa mükəlləfdir.

İslam peyğəmbəri (s) buyurur: “Bir şəxs bir ağac əkərsə, o ağac bar verdikcə savabı ona yazılar”.

Allah yaşadığımız bu aləmi yaradarkən onu ağaclar, bağ və bağçalarla, həm də qeyri-adi füsunkarlıqla (təbii ki, insanlar üçün) bəzəmişdir. Quranda “ağac” sözünə 26 dəfə təsadüf edilərkən, bağ və bağça mənasındakı “cənnət” kəlməsi isə təxminən, 146 dəfə işlənilir.

Müqəddəs kitabda “bitkilər və ağaclar səcdə edirlər” ayəsinin olması çox mətləblərdən xəbər verir. Burada ən vacib ismarıc ondan ibarətdir ki, insanlar təbiətə cansız mövcudat kimi yanaşıb laqeyd münasibət bəsləməsinlər. Yəni, təbiətdəki bizə adi görünən kiçicik bitki də Yaradanın hökmü ilə vücuda gəlmiş və üzərinə düşən “vəzifəsini” icra etməkdədir.

Demək, ətraf mühiti İlahi əmanət kimi qorumaq insanın öhdəsinə düşən başlıca vəzifələrdəndir. Amma təəssüf ki, əksər hallarda bunun əksinə şahidlik edirik. Halbuki, təbiətdəki hər bir canlı birbaşa insanın özüylə təması üçün yaradılıb. Dünyamızın nizamını qorumaq – sağlam və firavan yaşamağımız üçün ayrı yolumuz yoxdur. Yaxşı olar ki, küsdüm ağacı kimi təbiəti özümüzdən küsdürməyək.

Əli Bəhram

Xəbər 3098 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +