Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


05.04.2024  09:52 

“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili





A+  A-

“Ölkəmiz müstəqillik qazanandan sonra, xüsusilə də Azərbaycanın siyasi, informativ, bir sıra hallarda diplomatik izolyasiyaya məruz qalması fonunda diaspora işi, yəni dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların vahid mərkəzdə birləşməsi dövlət siyasətinin önünə çıxdı. Ulu öndər tərəfindən müvafiq qurumun yaradılması deyə bilərik ki, Vətən müharibəsində qələbəmizə gedən yolda önəmli rol oynadı”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.tv-yə açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər sisteminin, xüsusilə də dünya düzəninin dəyişməsi, yeni təhlükələrin və çağırışların meydana çıxması, dünənə qədər dünya erməniçiliyi arxasında gizlənən, amma bu gün səhnəyə açıq çıxan qüvvələrlə mübarizə yönündə diaspora işinə yeni münasibət tələb olunur:

“Biz mediada ötən illər ərzində həyata keçirilən tədbirlərin daha sistemli, əhatəli xarakter daşıdığını görürük. Əlbəttə ki, diaspor fəaliyyəti bir qədər də mürəkkəb xarakterə malikdir. Ölkələr biri-birindən siyasi quruluşlarına, münasibətlər sisteminə görə fərqlidir. Xaricdə yaşayan soydaşlarımızın bir qismi daimi olaraq məskunluşma yerinə malik deyillər. Yaxud da, tez-tez yaşadıqları yerləri dəyişir və buna görə də konkret şəxslər üzərində sabit siyasətin qurulması o qədər də asan deyil. Digər tərəfdən, müxtəlif qüvvələr xarici məkanda Azərbaycan əleyhinə təşkilatlandırılır və informasiya strukturlarına çıxışları təmin edilir, himayə olunur, tezislər verilir. Daimi olaraq onlara maliyyə imkanı yaradılmaqla 7/24 saatlıq rejimdə fəaliyyətləri təmin olunur. Bütün bunların kontekstində azərbaycanlıların bir tərəfdən milli-mədəni varlıqlarının qoruyub saxlanması, məktəblərinin yaradılması, daha sonra ictimai cəhətdən təşkilatlanmaları, yaşadıqları ölkənin ictimai-siyasi həyatına təsir imkanları, dövlət strukturunda təmsilçilikləri və vacib anda Azərbaycanın hər hansı bir çağırışına səs vermələri tələb olunur. Komitə bu məsələlərdə fəal rol oynayır və üzvü əlaqəni təmin edir. Artıq beynəlxalq cəbhədə Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq disapor və yaxud da lobbi qüvvələrimiz çıxır”.

Z.Oruc bildirib ki, ölkə rəhbəri Türkiyə dövləti və xalqı ilə diaspor istiqamətində də fəaliyyətlərimizin bir araya gətirilməsi üçün vahid tədbirlərin, mədəniyyət günlərinin keçirilməsi, akademik səviyyədə birgə fəaliyyət üçün müvafiq tapşırıqlarını verib:

“O cümlədən xatırlayırıq ki, Şuşada diasporumuzun və onun gənclər qolunun bir araya gəlməsi üçün tədbirlər keçirildi. Əlbəttə ki, sonsuz imkanlar var. Misal üçün, Türk dövlətləri birliklərinin diaspor imkanlarının bir araya gətirilməsi yeni baxışlar ola bilər. Amma biz onu nəzərə almalıyıq ki, həmin ölkələr bu sahədə nə dərəcədə strukturlaşmış bir təşkilati modelə malikdirlər. Onlar buna zərurət görürlərmi? Çünki onların bir qismində ümumiyyətlə belə profildə dövlət qurumu yoxdur. Əlbəttə ki, qarşıdakı dövrdə beynəlxalq məkanda vahid bir strateji xətt üzrə fəaliyyət aparmaq üçün ciddi addımların atılmasına ehtiyac ola bilər. Tədqiqat mərkəzi kimi, bu yöndə öz baxışlarımızı işgüzar qaydada komitə ilə bölüşməyə çalışırıq və onlar da bu məsələyə çox açıqdır. Lakin bir sıra hallarda xarici ölkədə rəhbər olmaq uğrunda fərqli baxışlar, münasibətlər toqquşması olur. Bu məsələlərdə daha soyuqqanlı fəaliyyətlər həyata keçirilməlidir ki, Türkiyə və Azərbaycan diaspor qurumları dünya çapında birləşsin, vahid bir təşkilat halında fəaliyyət göstərsin”.

Bəxtiyar Məmmədli
Diaspora.tv


Xəbər 1240 dəfə oxunub.




23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +