Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.03.2024  15:14 

“Dinlərarası harmoniya” festivalı keçiriləcək





A+  A-

Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə “Dinlərarası harmoniya” festivalı keçiriləcək.

Ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Krişna Şüuru və digər dini qurumların fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş etdiriləcək.

Festival martın 8-də Nigar Rəfibəyli 12/14 ünvanında yerləşən “Passage 1901” restoranında saat 15:00-dan 20:00-dək davam edəcək. Giriş sərbəstdir.

Qeyd edək ki, festivala 8-10 mart tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Bakı şəhərində keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamafobiya ilə mübarizə” konfransında iştirak edəcək xarici qonaqların da qatılacağı gözlənilir.

Xəbər 11592 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +