Restoran üçün tarixdən imtina edək?
ADDA-da Ümummilli Liderin anım mərasimi keçirilib - Foto
Nazir vətəndaşlardan belə qaçdı -VİDEO
“Azərişıq“ın əməkdaşı facəvi şəkildə öldü
“Eldar Mahmudovun Mehdiyevlə əlaqələri olub“ - Sabiq nazir
Rusiyaya PUA hücumu ölənlər var
Xırdalanda yaşayış binasında yanğın
Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edildi
Zelenski Putinə Kupyanskdan cavab verdi
5 milyon ayrılıb, amma təmir getmir - Qalmaqal


13.12.2025  14:54 

ADDA-da Ümummilli Liderin anım mərasimi keçirilib - Foto





A+  A-

Dekabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

XəzərNews.az xəbər verir ki, anım mərasimində çıxış edən Akademiyanın rektor əvəzi Eldar Qocayev Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin tarixi əhəmiyyətindən, Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində oynadığı həlledici roldan danışıb. O, Ulu Öndərin yüksək insani keyfiyyətlərini və siyasi uzaqgörənliyini xüsusi vurğulayıb.

Akademiyanın prorektoru Qüdrət Qurbanov çıxışında Heydər Əliyevin dənizçilik sahəsinə göstərdiyi davamlı diqqəti, onun rəhbərliyi dövründə ölkədə gəmiçilik sisteminin qorunub saxlanılmasını və bu sahənin inkişafının strateji əhəmiyyətini qeyd edib.

ADDA-nın 2-ci kurs tələbəsi Hüseyn Camallı Ümummilli Liderin gənclərə göstərdiyi etimadın onların üzərinə böyük məsuliyyət qoyduğunu bildirib, gəncləri Heydər Əliyev irsinə və dəyərlərinə sadiq qalmağa çağırıb.

Anım mərasimində iştirak edən, Ümummilli Liderin prezidentliyi dövründə Prezidentin Mətbuat Xidmətinin rəhbəri olmuş, politoloq-jurnalist Tofiq Abbasov Heydər Əliyevin dövlət idarəçiliyinə yanaşması, milli təhlükəsizlik strategiyasının formalaşdırılması və siyasi uzaqgörənliyi ilə bağlı xatirələrini bölüşüb.

Daha sonra Heydər Əliyevin zəngin və mənalı həyat yolunun əsas məqamlarını əks etdirən videomaterial nümayiş etdirilib. Nadir arxiv kadrları mərasim iştirakçılarında dərin təəssürat yaradıb.

Tədbirin sonunda vurğulanıb ki, Heydər Əliyevin “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” kəlamı onun həyat fəlsəfəsini və xalqa xidmət amalını dolğun şəkildə ifadə edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar Ümummilli Liderin ideyalarının təcəssümüdür. Onun müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.











Xəbər 440 dəfə oxunub.




13.12.2025  11:38 

Rusiyaya PUA hücumu ölənlər var

12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?

12.12.2025  09:54 

ПРОБЛЕМЫ ТУРАНА


BÜTÜN XƏBƏRLƏR +