Zelenski Putinə Kupyanskdan cavab verdi
5 milyon ayrılıb, amma təmir getmir - Qalmaqal
Putin və Ərdoğan Aşqabadda görüşdü
Xəzərdə Rusiyanın iki gəmisi vuruldu
Rusiya tərəfindən döyüşürdü, Ukraynada öldü
Ən çox şikayət olunan sığorta şirkətləri – Siyahı
Sabir Rüstəmxanlı Rafael Hüseynovdan danışdı
Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır
Qiymətlər hər ay qalxır, hökumət görmürsə... - Partiya sədri
Daxili qoşunlar Prezidentə tabe olacaq - Dəyişiklik


12.12.2025  09:49 

Məktəbdə geyim narazılıqı...-Valideyinlər etiraz etdi -VİDEO





A+  A-

Sumqayıt şəhəri, 39 nömrəli tam orta məktəbdə geyim qaydaları ilə bağlı yaranan narazılıq valideynlərin ciddi etirazına səbəb olub.

XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, geyimlə bağlı vahid standart olsa da, bu məktəbin öz daxili qaydaları var. İddialara görə, bu məktəbdə qız uşaqlarına şalvar geyinmək qadağandır.

Şikayətdə bildirilir ki, məktəb rəhbərliyi qız şagirdlərin şalvarla dərsə gəlməsinə qadağa tətbiq edir.

Valideynlərin sözlərinə görə, həmin geyimlər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumi məktəb formalarına daxildir. Buna baxmayaraq, məktəb rəhbərliyi şalvar geyinən qızları dərsdən çıxarır və evə göndərir.

Şikayətdə qeyd edilir ki, hava şəraitinin kəskin soyumasına baxmayaraq, qız şagirdlər isti geyindiklərinə görə dərsdən kənarlaşdırılır və həmin gün üçün onlar üçün "qayıb" yazılır. Valideynlər bunu həm qanunsuz qərar, həm də uşaqların sağlamlığına biganə yanaşma kimi qiymətləndirirlər.

Valideynlər bildirir ki, digər məktəbdə şalvar geyinməyə icazə verilir və heç bir problem yaşanmır. Eyni qaydaların tətbiq olunmalı olduğu halda, 39 nömrəli məktəbdə qadağanın davam etməsi narazılıqları artırıb.

Sumqayıt şəhər 39 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirildi ki, vahid məktəbli formasına uyğun olaraq, pedaqoji şura tərəfindən valideynlərin rəyi nəzərə alınmaqla ağ və tünd göy rənglərindən ibarət olan forma nümunəsi seçilib. Məktəb rəhbərliyi tərəfindən qız şagirdlərin məktəbli formasına aid olan şalvardan istifadəsinə etiraz edilmir. Vətəndaşların şikayəti yarandığı təqdirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edə bilərlər.

Daha ətraflı videomaterialı təqdim edirik.



Xəbər 247 dəfə oxunub.



12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?

12.12.2025  09:54 

ПРОБЛЕМЫ ТУРАНА


BÜTÜN XƏBƏRLƏR +