Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.02.2025  17:11 

Mərhəmət nəğmələri oxuyan miskin adam...





A+  A-

21-ci əsrin ən parlaq maliyyə fırıldaqçılarından və "çirkli" pul dövriyyəçilərindən biri, Ukrayna və Azərbaycanda separatçılığın sponsoru Ruben Vardanyan indi Bakıda məhkəmədən özünə qarşı mərhəmət diləyir.

Bu avantürist erməni Putinin cızdığı hiyləgər plan əsasında Moskvadakı biznesindən əl çəkib, qeyri-qanuni şəkildə Azərbaycanın Qarabağ bölgəsinə gəlməyinə və separatçılığı qızışdırmağına görə bəlkə də artıq min dəfə, milyon dəfə peşman olub.

O, gerçəkdən ağıllı iş adamı olsaydı, separatçılığı maliyyələşdirməyin ən ağılsız iş olduğunu hamıdan öncə dərk edərdi. Lakin bu heyvərə isə gəlib Xankəndidən bir-iki dəfə BBC-yə, CNN-ə, Politico-ya müsahibə verməklə özünü nəsə böyük bir zibil hesab etməyə və qürrələnməyə başlamışdı. Azərbaycana meydan oxuyurdu.

Və bu da axırı - bu miskin adam indi məhkəmə hakimlərimizin önündə mərhəmət nəğmələri oxuyur, əfv diləyir.

Bəybala Mirzəyev

Xəbər 1188 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +