Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...





A+  A-

Qroznı səmasında vurulan Azərbaycan təyyarəsindən danışan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdlərinin olduğunu söyləyib.

O, bu məsələdə haqlıdır. Ancaq onun haqlılığı yarımçıq və qeyri-səmimi xarakter daşıyır. Çünki xanım Zaxarova Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdlərinin ilk növbədə Rusiyanın öz deputatları, politoloqları, tv-aparıcıları, blogerləri, hərbi ekspertləri tərəfindən edildiyini etiraf etməyib.

Zaxarova sadəcə ümumi və ünvansız sözlər söyləyib. Deyib ki, təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.

Sitat: "Təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itiriblər. Bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq".
(sitat bitdi)

Əgər Zaxarova həqiqətən də bəzilərinin təyyarə qəzası üzərindən Rusiya-Azərbaycan münasibətlərini pisləşdirmək üçün istifadə etmələrini istəmirsə, o zaman buyursun öz "boss"u Lavrova, o da öz "patron"u Putinə desin ki, birinci növbədə son günlər gecə-gündüz dayanmadan Azərbaycanın ünvanına təhqirlər yağdıran, təhdidlər səsləndirən Rusiya propaqandistlərinin ağızlarını yummaq lazımdır.

Bəli, ilk addım bundan başlamalıdır. Daha sonra təyyarə faciəsinin günahkarları cəzalandırılmalı və faciə qurbanlarının ailələrinə də təzminat ödənilməlidir.

Bir sözlə, Rusiya-Azərbaycan münasibətlərinin normallaşdırılmasına Rusiya tərəfi ilk növbədə özündən başlamalı, öz üzərinə düşən öhdəlikləri səmimi şəkildə, əsl müttəfiq kimi yerinə yetirməlidir.

Məsələnin həlli, bax, bu qədər sadədir.

Bəybala Mirzəyev

Xəbər 1466 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +