Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


13.02.2025  13:21 

Azərbaycanın “biznesmen” məmurları





A+  A-

Məlum olduğu kimi, ötən ilin noyabr ayının 5-də ABŞ-da keçirilən seçkinin nəticələrinə əsasən, respublikaçı Donald Tramp yenidən prezident seçildi. Yanvarın 20-də fəaliyyətə başlayan yeni adminstrasiyasının tərkibində xeyli sayda iş adamları yer alır. Bu məqamda qeyd edək ki, 79 yaşlı Trampın özü də rəsmən milyarderdir və hələ gənclik illərindən aktiv bizneslə məşğul olur.

Ohaya ştatında “Swifton Village” kompleksinin inşası onun ilk uğurlu biznes layihəsi hesab olunur. Hansı ki, orta təbəqə üçün nəzərdə tutulan və 1200 mənzildən ibarət olan kompleks ikiqat gəliri təmin etməyi bacarıb. 6 milyon dollara ərsəyə gələn layihədən 12 milyon dollar dəyərində qazanc əldə edilib. Mətbuata müsahibəsində gələcək prezident bildirirdi ki, daha çox maliyyə tələb edən layihələr üçün sponsor qismində dövlət yox, bankirlər, top-menecerlər, neft maqnatları çıxış etməlidir. 1971-ci ildə Nyu-Yorkun mərkəzində yerləşən Manhetten adasında məskunlaşan Trampın əhatəsı artıq görkəmli şəxslərdən ibarət olur.

Onun adminstrasiyasında da iş adamları azlıq təşkil etmirr. Təsadüfi deyil ki, neft maqnatı, ən zəngin amerikalılardan olan və “Forbes”in siyahısında 30-cu yerdə qərarlaşan Qarold Hemm Energetika naziri, restoranlar biznesinin sahibi Endro Pazde Əmək naziri vəzifələrinə təyinat alıblar. Siyahını uzatmaq da olar. Lakin bu siyahıda ən diqqətçəkən isimlərdən biri və bəlkə də birincisi ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin olunan İlon Maskdır. Dünyanın ən zəngin şəxsi hesab olunan Mask Trampın seçki kampaniyasında fəal iştirak edib və onun qələbəsinə mühüm töhfələr verib.

Qeyd edək ki, dünyada vaxtilə biznes fəaliyyəti ilə məşğul olan liderlərin və dövlət rəsmilərinin sayı az deyil. Misal üçün, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko də dövlət rəhbəri seçilənə qədər rəsmən milyarder statusu daşıyıb və dünyaca məşhur “Roshen” qənnad” və “Bogdan” avtomobil korporasiyalarına sahibilik edib. Eləcə də Gürcüstanın sabiq baş naziri, hakim “Gürcü arzusu” partiyasının fəxri lideri Bidzina İvanaşvili aktiv biznes fəaliyyəti ilə məşğul olub. “Forbes” jurnalı 2012-ci ildə onu “Gürcüstanın ən varlı adamı” elan edib. Gürcüstanın “Kartu” bankının və 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub.

Azərbaycan Prezidenti İlham Əliyev də bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Ümummilli lider Heydər Əliyevə qarşı bədnam SSRİ rəhbərliyinin təzyiqlərinə cavab olaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tədris fəaliyyəti ilə məşğul olan İlham Əliyev işindən ayrılmalı olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. Bakı Konqres Mərkəzində Azərbaycan gəncləri ilə görüşündə Prezident bu məqama diqqət çəkərək xatirələrini bölüşüb: “Atama qarşı məlum hücumlardan sonra məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş oldum. İşimdən razı idim”.

Bu gün Azərbaycan iqtidarında da yüksək vəzifə daşıyan məmurlar arasında da vaxtilə özəl sektorda fəaliyyət göstərən şəxslərin sayı az deyil. Onlardan bəziləri isə özləri müxtəlif şirkətlərə rəhbərlik ediblər.

XəzərNews.az xəbər verir ki, APress.az Azərbaycan hökumətində yüksək vəzifə daşıyan və vaxtilə sahibkar olaraq fəaliyyət göstərən məmurlarla bağlı araşdırma hazırlayıb.

Həmin araşdırmanı təqdim edirik:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinin rəisi Altay Həsənov ötən əsrin 90-cı illərinin əvvəllərində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Cənab Həsənovun konkret hansı sahə üzrə fəaliyyət göstərdiyi məlum olmasa da, rəsmi olaraq tərcümeyi-halında bu məqam öz əksini tapıb. Dövlət idarəçiliyi və Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri olan Altay Həsənov uzun müddət elmi fəaliyyətlə də məşğul olub və Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi tədqiqatlar aparıb.

Xarici işlər naziri Ceyhun Bayramov konsultasiya xidmətlərini həyata keçirən hüquq şirkətinə rəhbərlik edib. Nazir 2002–2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. Azərbaycanın nüfuzlu vəkillərini öz ətrafına toplayan bu şirkət ölkəmizdə populyarlıq qazanıb və mühüm layihələr icra edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bundan öncə, Dövlət Gömrük Komitəsinin sədri təyina olunana qədər sahibkarlıq fəaliyyəti göstərib. Vaxtilə özünün mətbuat konfransında verdiyi açıqlamaya görə, o, Orta Asiyada istehsalatla məşğul olan “M-Gilan” şirkətinə rəhbərlik edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “AER” şirkətinə rəhbərlik edib. Paytaxtın Xətai rayonunda yerləşən bu müəssisə dondurma istehsalı və satışı ilə məşğul olub. Qeyd edək ki, bu şirkət bu sahədə aparıcı və öncül müəssisələrdən biri olub. Paytaxı və regionları gündəlik məhsullarla təhciz edib.

“AzerGold” Qapalı Səhmdar Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov Moldova Respublikasında “Azpetrol SRL” şirkətinə rəhbərlik edib. Bu şirkət yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olub. Ardınca isə “EVR LTD” şirkətində direktor olaraq çalışıb.

Qida Təhlükəsizliyi Dövlət Agentliyinin sədri Qoşqar Təhməzli paytaxtın Nizami rayonu ərazisində yerləşən “Nəbz” tibb mərkəzinə rəhbərlik edib. Azərbaycan Dövlət Tibb Universitetinin məzunu olan Q.Təhməzli “Medeks” şirkətində də direktor işləyib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Port Baku Towers”in rəhbəri olub. Bundan sonra isə “Bravo” brendi ilə məşhurluq qazanan “Azərbaycan Supermarketləri MMC”də direktor vəzifəsində çalışıb.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov “Azər-Türk Bank”ın İdarə Heyətinə rəhbərlik edib. Eyni zamanda bir müddət Dövlət Sığorta Kommersiya Şirkətinin də idarəçiliyində onda olub. Bir çox müəssisələrdə təsisçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bu siyahıda olmayan bir xeyli yüksək rütbəli məmurlar da var ki, onlar özəl sektorda yüksək vəzifələr daşıyıblar. Prezidentin köməkçiləri Xalid Əhədov, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev özəl bank və sığorta müəssisələrində yüksək vəzifələr tutublar. Prezidentin köməkçisi Andrey Sipilin, Müdafiə sənayesi naziri Vüqar Mustafayev, “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Samir Rzayev və digərləri özəl sektorda fəaliyyət göstəriblər. Prezident Aminstrasiyasının rəhbəri Samir Nuriyev isə, 1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə çalışıb.

Xəbər 301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +