Rusiyada təyyarə qəzaya uğrayıb
19 yaşlı boksçumuz dünya çempionu oldu
DİN əməliyyat keçirdi: Saxlanılanlar var
Restoran üçün tarixdən imtina edək?
ADDA-da Ümummilli Liderin anım mərasimi keçirilib - Foto
Nazir vətəndaşlardan belə qaçdı -VİDEO
“Azərişıq“ın əməkdaşı facəvi şəkildə öldü
“Eldar Mahmudovun Mehdiyevlə əlaqələri olub“ - Sabiq nazir
Rusiyaya PUA hücumu ölənlər var
Xırdalanda yaşayış binasında yanğın


12.12.2025  19:38 

Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edildi





A+  A-

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.

Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.

Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.

Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.

Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.

Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.

Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.

Əsas iclas dekabrın 15-də keçiriləcək.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir

***

Cinayət işi materiallarından görünür ki, təhsil eksperti kimi tanınan Əsədov Kamran Alim oğlu əvvəllər də buna oxşar cinayət hadisəsi törətmiş və Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cu maddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və 3500 manat cərimə cəzası tətbiq olunub.

Dövlət İmtahan Mərkəzi faktı Trend-ə təsdiqləyib.

Xəbər 1664 dəfə oxunub.




13.12.2025  18:52 

Rusiyada təyyarə qəzaya uğrayıb

13.12.2025  11:38 

Rusiyaya PUA hücumu ölənlər var

12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?


BÜTÜN XƏBƏRLƏR +