Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


15.07.2025  18:36 

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb





A+  A-

Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” tərəfindən 2026-cı il üçün dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi elan olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, ümumilikdə 58 ölkədən 150 şəhərin daxil olduğu 2026-cı ilin reytinqində Bakı şəhəri 117-ci mövqedə təmsil olunur.

Bildirilib ki, reytinq xarici tələbələr üçün yaşamaq və təhsil almaq üzrə dünyanın ən yaxşı şəhərlərinin siyahısını müəyyən edir.

Sözügedən reytinqin 2023-cü il buraxılışında Bakı şəhəri 126-cı mövqedə yer alıb, 2024 və 2025-ci illərin buraxılışında isə reytinqdə təmsil olunmayıb.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi”ndə təmsil olunan yeganə ölkədir. Mərkəzi Asiya regionu ilə müqayisədə isə Qazaxıstanın Almata şəhərindən sonra (91-ci mövqe) Bakı şəhəri 2-ci sıradadır. Belə ki, müvafiq region üzrə reytinqə daxil olan Astana şəhəri (Qazaxıstan) 127-ci, Bişkek şəhəri (Qırğızıstan) isə 138-ci mövqedə yer alıb.

Qiymətləndirmə zamanı şəhərin arzuolunanlığı (ətraf mühit və təhlükəsizlik), əlverişliliyi (təhsil haqları və ümumi yaşayış xərcləri), tələbələrin şəhərin əhalisi üzrə payı, tolerantlıq və inklüzivliyə görə şəhərin nüfuzu, məşğulluq imkanları, “QS dünya universitetlərinin reytinqi”ndə şəhər üzrə təmsil olunan universitetlərin sayı, o cümlədən şəhərdə yaşayıb təhsil almış tələbələrin fikirləri kimi meyarlar təhlil olunur.

Xəbər 254 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +