Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


15.07.2025  20:37 

Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”





A+  A-

Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas çərşənbə axşamı Gürcüstan hakimiyyətinin yerli müxalifətə qarşı hərəkətlərini tənqid edib.

XəzərNews.az Publika.az-a istinadla xəbər verir ki, o, bu barədə Brüsseldə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Aİ hələlik Gürcüstanla vizasız rejimi ləğv etməyi planlaşdırmır.

"Eyni zamanda Aİ-yə (Avropa İttifaqı) etimad məsələsi ortaya çıxır: əgər biz müəyyən tələblərin yerinə yetirilməsini istəmişiksə, amma onlar bunu etmirlərsə, bunun nəticələri olacaq", - Kallas bildirib.

O qeyd edib ki, Gürcüstanda müxalifət nümayəndələrinin saxlanması Aİ-nin Gürcüstana qarşı qoyduğu tələblərə cavab vermir:

"Gürcüstana tövsiyələrin yerinə yetirilməsi üçün avqust ayının sonunadək vaxt təqdim edib".

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu yaxınlarda Tbilisidə hər gün keçirilən hökumət əleyhinə etirazları süni adlandırıb və onların kənardan maliyyələşdiyinə əminliyini bildirib.

Bundan əvvəl Gürcüstan parlamentinin Diasporla iş üzrə komitəsinin rəhbəri İrakli Zarkua bildirib ki, Gürcüstan dövlətinə qarşı fəaliyyət göstərən Qərb səfirləri ölkədən qovulmalıdır. Onların fəaliyyəti ölkələr və xalqlar arasında münasibətlərin möhkəmlənməsinə xidmət etmir, əksinə, onlar arasında qarşıdurma yaradır.

Xəbər 841 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +