Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.07.2025  20:34 

Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB





A+  A-

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "XəzərNews.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

***14:10

Cəlilabadda meşəlik ərazidə yanğın olub.

XəzərNews.az xəbər verir ki, yanğın Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik sahədə başlayıb.

İlkin məlumata görə, yanğın meşə örtüyünün sıx olduğu hissədə qeydə alınıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

Qeyd edilib ki, alovun lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər 2007 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +