Yağış TIXAC yaratdı: Bakının yolları...
Lokomotiv yoldadır: növbəti stansiya - Premyer Liqa!
Ceyhun Bayramov Gideon Saar ilə görüşdü
Zaxarova haqlıdır, amma...
Bu universitetin rektoru İSTEFA VERDİ
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı - VİDEO
Sürücülərin nəzərinə!
Azərbaycanlı barəsində ölüm hökmü ÇIXARILDI
Vəzifəli şəxs vəfat etdi


24.12.2018  08:43 

İnfeksion xəstəliklərə görə nümunələr yoxlandı





A+  A-

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.
XəzərNews.az xəbər verir ki, mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, hazırda kəskin respirator virus infeksiyalarına yoluxma mövsümü olsa da, ölkədə bu infeksiyalara yoluxma səviyyəsi ötən illə müqayisədə azalıb. Bu azalma Bakı şəhəri üzrə 10 faizə qədər, ölkə üzrə isə 1 faizə yaxındır.

"Biz RGEM-in yerlərdəki şöbələrindən həftəlik və gündəlik məlumatları alırıq. Bu məlumatlar hələ ki, xəstəliyin yayılma hallarının sayının artdığını göstərmir”.

A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, builki payız-qış mövsümündə 200-ə yaxın xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb. Lakin laborator müayinələrin nəticəsində xəstələrdə heç bir virus aşkarlanmayıb.

RGEM rəsmisi əlavə edib ki, Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir.

“Hazırda infeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir, nəzarət tədbirləri həyata keçirilir. Həm məktəbəqədər müəssisələrdə, həm məktəblərdə, həm də müalicə-profilaktika müəssisələrində gündəlik profilaktik dezinfeksiya tədbirləri aparılır”.

Xəbər 1045 dəfə oxunub.



14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!

14.02.2025  10:46 

Zaqatalada şəlalə DONDU - VİDEO

14.02.2025  10:43 

Vəzifəli şəxs vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +