Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


01.02.2025  15:13 

ABŞ Zəngəzurla bağlı məxfi sənədləri açdı





A+  A-

“ABŞ Dövlət Departamentinin 90-cı illərdə Meğri dəhlizi ilə bağlı aparılan sənədləri açması, Ermənistanın Baş naziri Nikol Paşinyanın yalanını ortaya çıxarmaq üçün atılan addımdır”.

XəzərNews.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Andrias Qukasyan deyib.

Onun sözlərinə görə, Paşinyan keçmiş prezidentləri debatlara dəvət etdi, amma Levon Ter-Petrosyan əvəzində Paşinyanı danışıqlar sənədini yayımlamağa çağırdı:

“Paşinyan bunu etmədi, lakin onun yerinə bunu Vaşinqton etdi. ABŞ və Fransa, eləcə də digər Qərb ölkələri Qarabağın Azərbaycanın tərkibində qalmasının tərəfdarı idilər. Nikol Paşinyan isə ictimaiyyəti inandırmağa çalışır ki, Qarabağın verilməsi qərarını Rusiya qəbul edib. Onlar müharibəni alovlandırdılar ki, Rusiya qoşunlarını çıxarsınlar. Bütün bunlar mərhələli şəkildə açılır. Nikol Paşinyan artıq ABŞ-la toqquşmadadır. Amerika isə ona qarşı propaqandanı başladıb. Əgər Madrid sənədləri ortaya çıxsa, Paşinyanın vəziyyəti pisləşəcək.

2000-ci illərdə diskussiya gedirdi ki, Qarabağ gərək Azərbaycandan ayrılsın, Ermənistan isə Laçın dəhlizi əvəzində ərazisinin bir hissəsini Azərbaycana versin. Lakin Bakının Ermənistan ərazisindən nəzarətsiz nəqliyyat dəhlizindən istifadəsi ilə söhbət getmirdi. Əgər Heydər Əliyev buna razılaşsaydı, o zaman bu, reallıq olacaqdı. Lakin razılıq verilmədi və məsələ baş tutmadı. Ona görə də Dövlət Departamentinin bəyanatı Nikol Paşinyana qarşı yönəlib. Amma bu həm də Rusiya əleyhinə addımdır. Əvvəllər güman edilirdi ki, Rusiyanın Qarabağda mövcudluğu şəxsən Putin tərəfindən hazırlanıb, amma yekunda həmin ərazi “satıldı”. Bu gün isə ABŞ-ın faktiki hədəfi təkcə Paşinyan yox, həm də Rusiyadır”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan öncə Meğri dəhlizi ilə bağlı bəzi sənədlərin üzərində məxfilik qrifini götürüb. Sənədlərdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın Azərbaycanın eks-prezidenti Heydər Əliyevlə, eləcə də amerikalı diplomatlarla danışıqları əks olunub. Sənədlərin məxfiliyinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaların artması, eləcə də Paşinyanın Köçəryanı Zəngəzur dəhlizini Azərbaycana verməkdə ittiham etməsi fonunda ləğv edilməsi xüsusilə diqqət çəkib.

Meğri dəhlizi 90-cı illərin sonun “Qobl planı” əsasında Azərbaycana verilməli idi. Plan Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsini nəzərdə tuturdu. Bu plan ətrafında müzakirələr fonunda Ermənistanda Levon Ter-Petrosyanın istefaya getməsi, eləcə də parlament teraktı (nəticədə ölkənin baş naziri, spikeri və digər rəsmiləri öldürülüb – red.) yaşanıb.

Xəbər 1842 dəfə oxunub.




18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +