Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


18.02.2025  14:57 

Stomatoloji klinikalarda yoxlamalar başladı





A+  A-

"2025-ci ilin ötən dövrü ərzində stomatoloji klinikalarda 21 planlı, yeddi plandankənar yoxlama keçirilib. Hələ ki, bu il lisenziyası ləğv edilən klinika olmayıb".

XəzərNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

Qeyd olunub ki, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq, qanunvericiliklə müəyyən olunan qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər:

"Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz.

Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur.

Mövcud stomatoloq fəaliyyəti ilə məşğul olan şəxslərin heç də hamısı, təəssüf ki, dövlət qeydiyyatından keçməyiblər, yaxud təhsilləri uyğun olmadığı üçün Dövlət Səhiyyə Sistemi tərəfindən qəbul olunmur, lakin buna baxmayaraq, qeyri-qanuni fəaliyyət göstərənlər var ki, xüsusi ilə də regionlarda, bunlara da yuxarıda qeyd etdiyimiz kimi vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında, aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilərək barələrində müvafiq tədbirlər görülür. Bu tip şəxslər ilkin olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır, daha sonra fəaliyyətlərinin tibbi olub-olmaması barədə bizə müraciət daxil olur. Daha sonra məsələ ətraflı araşdırılaraq, barələrində tədbir görülərək növbəti icraata göndərilir", - deyə məlumatda vurğulanıb.

Ümumiyyətlə, hər bir vətəndaşın tibbi xidmət göstərən müəssisənin lisenziyası barədə, həmçinin də praktiki tibbi fəaliyyət ilə məşğul olan ixtisaslı həkim mütəxəssisin sertifikasiyası barədə müəssisə rəhbərindən məlumat əldə etmək hüququna malikdir.

Sənəd tələb edilmədikdə aidiyyəti orqanlara - Səhiyyə Nazirliyinin müvafiq qurumlarına və hüquq-mühafizə orqanlarına rəsmi müraciət edə bilər. Zərər çəkən şəxslər barədə onu vurğulamaq istərdik ki, mütləq qaydada hüquq- mühafizə orqanlarına müraciət etsinlər və uyğun olaraq da məhkəmə tibbi ekspertizanın rəyini əldə etsinlər.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Xəbər 471 dəfə oxunub.




18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +