Mehdiyevin kürəkəninə ağır ittiham... - Hər il 10 milyon manatı ölkədən çıxarır
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


29.09.2025  15:13 

Həm ödəniş çıxdı, həm də cərimə yazdı ... - AYNA nə ilə məşğuldur?





A+  A-

"Bu hal ikinci dəfə təkrarlandığından yazmaq məcburiyyətində qaldım. AzParking tətbiqini telefona yüklədiyim üçün parklanma ödənişlərini bir qayda olaraq bunun üzərindən edirəm. Abbas Mirzə Şərifzadə küçəsində avtomobilimi saxlayıb vaxtı başlamışam. Təxminən 1 saat sonra ərazini tərk etmişəm".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış jurnalist Pərviz Həşimli çıxış edib.

P.Həşimli qeyd edib ki, həm bank kartından pul silinib, həm də AzParking tətbiqində uğurlu ödəniş mesajını almışam:

"Bir gün sonra mənə AYNA -dan 20 manat cərimə bildirişi gəldi. Qaynar xəttə zəng etdim, əməkdaş bildirdi ki, cərimə yazılıb, qanunidir. Şikayət edəcəyimi dedim. Bu gün baxıram, AYNA AzParking tətbiqində "Uğurlu Ödəniş" bildirişini silib. Bank kartımdan ödəniş qəbzini silə bilməz təbii ki... Bu dələduzları kim tapır, hardan tapır vəzifələrə gətirirlər? Bir dəfə də belə hadisə olmuşdu, üzrxahlıq edib, cəriməni sildilər.
Bildirdilər ki, tətbiqin problemi olub".

Jurnalist qeyd edib ki, bu dəfə etiraf etməsələr də fırıldağa əl atdılar.



Xəbər 535 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +