Mehdiyevin kürəkəninə ağır ittiham... - Hər il 10 milyon manatı ölkədən çıxarır
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


29.09.2025  15:07 

Parisdə Natavan poeziya məclisi keçirilib - Foto





A+  A-

Paris şəhərində Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis təşkil olunub.

XəzərNews.az xəbər verir ki, tədbirdə Fransanın ədəbiyyat və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, həmçinin jurnalistlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva XIX əsrin tanınmış Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə məlumat verib. Səfir Natavanın Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi dəyərli töhfələrdən, həmçinin xeyriyyəçilik fəaliyyətindən danışıb.



Daha sonra fransız və azərbaycanlı ədəbiyyatsevərlər şairənin yaradıcılığına dair çıxış ediblər.

Marsel Dramatik İncəsənət Konservatoriyasının məzunu Alain Tremoliers, “Rives Méditerranéenes” mədəniyyət təşkilatının prezidenti, şairə Fatima Chbibane və Strasburq Universitetinin tələbəsi, tərcüməçi Sitarə Quliyeva Natəvanın poeziyasının bədii məziyyətlərini vurğulayıb, onun qəzəllərini Azərbaycan və fransız dillərində səsləndiriblər.



Şairənin qəzəlləri tar və kamança ifası ilə müşayiət olunub. Səhnədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin dosenti, xalq artisti Elşən Mansurov çıxış ediblər. Muğamın ahəngi ilə poeziyanın vəhdəti dinləyicilərdə dərin təəssürat yaradıb.

Tədbirin sonunda iştirakçılar Mədəniyyət Mərkəzinin bağında ucaldılmış Xurşidbanu Natəvanın heykəli önündə xatirə şəkli çəkdiriblər.



Xəbər 1151 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +