“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


12.09.2023  10:57 

Nəfsimizi islah etmək üçün nə edək?





A+  A-

Əxlaq müəllimlərinin nəzərinə görə nəfsi islah etməyin mərhələri var, bir-birinin ardınca yerinə yetirilməlidir: ayılıb nəfsini tənbeh etmək, təfəkkür, əzm, müşaritə, müraqibə, mühasibə.

Nəfsini tənbeh etmək - o deməkdir ki, qəflətdən ayılasan və özünü tərbiyə etməyi qərara alasan. Necə ki, xəstə əgər xəstəliyinə diqqət etməzsə, onun müalicəsini də düşünməz - insan əgər qəflətdə olduğunu dərk etməzsə, nəfsinin tərbiyəsi ilə də məşğul olmaz.

İmam Əlinin (ə) nəzərinə görə, qəflət - ən çox ziyan vuran düşməndir, xəstəliyin bir növüdür və qəlbin ölməsinə səbəb olar.

İnsan qəflətdən ayılandan sonra təfəkkür etməlidir və kim olduğunu, bu dünyaya nə üçün gəldiyini düşünməli, Xaliq haqqında təfəkkür etməlidir. Təfəkkür etmək insanın əməllərinə təsir qoyacaqdır.

Sonrakı addım - əzmdir. Yəni, qəti qərara gəlib, əzmlə nəfsinlə cihad və mübarizə aparırsan. Onun istəklərinə ram olmursan, ağlın dediklərini yerinə yetirirsən.

Müşaritə odur ki, nəfsinlə şərt kəsirsən və hər gün ona bəzi şeyləri təkrar edirsən. Xüsusilə də sübh namazından sonra. Ona deyirsən ki, ömür - mənim dəyərli sərmayəmdir və əgər əldən versəm, bütün varlığımı əldən vermiş olaram. Gözünə, qulağına, dilinə, əl və ayaqlarına, ürəyinə əmr edirsən ki, bu gün sənin sərmayəni bada verməsinlər.

Müraqibə o mərhələdir ki, insan nəfsi ilə şərt kəsəndən sonra günah etməməsi üçün bədən üzvlərinə nəzarət etməlidir. Çünki əgər qafil olarsa, bütün bu etdikləri bada gedər.

Mühasibə isə o mərhələdir ki, insan hər gecə öz əməllərini hesaba çəksin. Yaxşı əməllərinə görə Allaha şükür etsin və pis əməllərinə görə tövbə etsin.

Tahir Abbaslı

Xəbər 5550 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +