İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


20.06.2022  15:19 

3 uşaqlı 8 barmaqlı atam... - Jurnalist atasından YAZDI





A+  A-

Ağrılara dözməyi öyrədən barmaqlarını laqonda kəsmiş riyaziyyatçı fəhlə atam

Atamın nə vaxtsa laqondayla barmaqlarını kəsəcəyini bilirdim. O barmaqlar, qələm tutmalıydı, əksinə daş yonurdu, taxta kəsirdi, dəmir doğrayırdı. Atamın ürəyindən çox barmaqları ağrıyırdı.

Ali məktəb diplomu varıydı cibində daş ağırlığında. Baxmayın kağzdandı, dəmir kimi karroziyaya uğramışıdı. Deyirdi, istəyən olsaydı satardım, ortancıl oğluma tikmək arzusunda olduğum ev üçün heç olmasa bircə sotluq torpaq alardım.

Atamın başına daş düşmüşdü yaş ağırlığında. Cəmi 6 ay müəllim işlədi. Ömrünü geri saymağı yaxşı bacardığına görə taleyi onu fəhləliyin müəllimi seçdi. Bir köpəyoğlu bu seçimə etiraz etmədi. Bir köpəyoğlu ona “sən ömrünü irəliyə saymağı da bacararasan, riyaziyyatçısan axı” demədi.

Bir dəfə balta dizini yaraladı, bir dəfə kislota ayaqlarını yandırdı. Adı Musadı, qırçı Məhəmməd də oldu tələbəliyində, on dəfə kazyoldan yıxıldı, 20 dəfə kazyola yıxıldı.

3 oğul atası oldu. Daşıdığı daşın çəkisi də artdı hər oğuldan sonra. Birinə ev tikdi, birinə koma, o birini də təsəlli dolu nağıl danışdı. Dedid ki, “darıxma, göl olar dama-dama”.

Adətən hər nağıldan sonra göydən 3 alma düşər, atamın nağılı bitməməmiş göydən daş yağardı, taxta tökülərdi, qum ələnərdi.

Atamın laqondayla kəsdiyi barmaqları cadar-cadarıydı. Əlləri qabar-qabarıydı. Onları sement didmişdi, beton yemişdi, cınqıl deşmişdi.

70 ildir sığalını daşa çəkən əllərin barmaqlarının nə vaxsa sahibindən əbədi küsəcəyini bilirdim. Bilirdim onlar nə vaxtsa kəsilib yerə düşəcəklər.

Atam ağrıya dözən adamdır. Yox, atam ağrıya dözüm verən adamdır. Bilirdim, heç uf da deməyəcək, necə ki, fəhlə ömründə bir dəfə də olsun heç of da demədi.

3 uşaqlı 8 barmaqlı atam. Özünə bir barmaq saxlayıb qalanlarını aramızda bölmüşdün. İkisi böyük oğluna çatmışdı. İkisi ilə böyük oğluna həyat tikdin.

Barmaqların kəsilib yerə düşəndə, səni həkimə aparanda, səni aparanlar xısın-xısın ağlayanda niyə belə sakit olduğunun, onlara böyük ruh yüksəkliyi ilə təsəlli verirdiyinin səbəbini indi anladım. O kəsilən iki barmağın böyük oğlunun bütün işlərini aşırmışdı, daha görəcəkləri iş qalmamışdı. Onların funksiyası başa çatmışdı, getmək icazələri vardı, sən onlara bu ixtiyarı tanımışdın, ata.

Oğlanların atadır. Bir atanın iki barmağına möhtac 3 ata. Səndən əvvəl barmaqların quş olub Allahın yanına uçdular. Getdilər, səni yaradana indən tanıtmağa getdilər. O Allahdır, hər şeyi biləndir, hər şeyi görəndir, baxan kimi tanıyacaq. Sənin cənnət adamı olduğunu cadar-cadar olmuş barmaqlarından oxuyacaq.

İndi də mən sənə həqiqəti deyim, təsəllini yox. Nə vaxtsa haqq dünyana qovuşanda kəsilən barmaqaların ikinci həyatının mayakı olacaq, ata. Səni bir daha daşa, kəsəyə, quma, sementə, çınqıla, kazyola, laqondaya rast gəlməyə qoymayacaq, ata. Birinci həyatını barmaq-barmaq qurban verdin, ikinci həyatını ovuc-ovuc qazanacaqsan.

Səni atıb gedən barqmaqlarını əvvəl çox bərk qınadım. İndi anlayıram ki, səhv eləmişəm. Adam kimi yaşayasan deyə, onlar sənə yeni həyat qurmağa gediblər. Xoş gediblər, yolları açıq olsun. Qopduqları yeri ağrımasın, səni ağrıtmasın, ağrılara dözməyi öyrədən ATAM!

Ceyhun Musaoğlu

Xəbər 3938 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +