Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


14.03.2024  17:42 

“Laçın”





A+  A-

Yazı tam olaraq təxəyyülümün məhsuludur. Oxşarlıqlar qəhrəmanların adları (yer adlarından başqa) təsadüfidir.

-Laçın, Laçın, bura gəl,

-Eşitmirsən məni?

-Ay qız!!!!

-Səninlə deyiləm?! Yenə başlamısan? Yenə şuluqluq edirsən?

- Ey, ay maaa. Noolar, qoy 5 dəqiqədə oynayım gəlirəm dəəə - deyə, Laçın yalvarırcasına dilləndi. Beşcə dəqiqə xahiş edirəm. Sən papanın canı.

- Yox. Tez gəl evə. Dərslərini eləməmisən. Atan gəlib görsə, səni öldürəcək. Yazı yazmalıydın hanı? Yazmısan? YOX! Bax elə bu dəqiqə gəlməsən atana deyəcəm səni Laçına aparmasın.

Bu sözləri deyən Yasəmən xala həmişəki kimi bu dəfə də yalan danışdığının fərqinə vardı, amma heç özünü o yerə də qoymadı.

- Ey. Ay ma.. Sən elə həmişə elə deyirsən. Papa da ona-buna deyir ki, səni Laçına elə aparacam, belə aparacam. Gör neçə ildi? Bu qədər day adamı aldatmazlar da - deyə, Laçın şikayət edirmiş kimi sifətini turşutdu. Üzünün gizgilərində, baxışarında Laçının həsrətini çəkməsini bildirən bir şey olmasa da, aldadılğı və bunun yüz dəfələrlə təkrar olunduğu açıq aydın oxunurdu.

- Gəlmirəm, vsyo! - Laçın inadından dönmədi. Laçın, Laçın, Laçın! Nə qədər olar e, məni aldatmaq üçün başqa şey fikirləşin. Papa gələndə də deyəcəm. Ya məni Laçına, Əşrəf babanın evinə, nə idi o, həmişə deyirsiz e.... Nəysə obşim ora aparacaq. Ya da mən sizin sözünüzə qulaq asmayacam! Zülümov dedi qurtardı!

Laçın deyəsən bu dəfə ciddi idi sözlərində. Yasəmən xala hələ bu günə kimi 8 yaşlı qızında belə ciddilik görməmişdi. Açığı, bu onun ürəyində bir balaca qorxu da yaratdı.

Fikrindən keçdi ki, axşam evə gələndə əri Müzəffərə desin bu haqda. Deyəsən bizim qızımız böyüməyə başlayıb. Daha onu nağıllarla aldatmaq olmur. Yasəmən xala hələ əvvəl istədiki yoldaşının əl telefonuna zəng vursun, söhbətdən xəbərdar etsin, amma sonra fikrindən daşındı.

Laçın isə həyətdə oynamağında idi. Yasəmən xala bu hadisədən sonra ona toxunmamağı qərara aldı. Axşama kimi səbr etməyi düşündü.

Minbir əzab əziyyətlə qurduqları evlərinin tərk etdikdən sonra uzun illər çox əziyyət çəkdi Hüseynovlar ailəsi. Qaçqınlıq həyatının ən ağır səhnələrini gördülər. Görməklə bərabər, özləri də rol aldılar bu həyat oyununda. Laçını tərk edəndə Laçın hələ körpə idi.

Bir yaşı bir neçə gün əvvəl tamam olmuşdu. Çox çətinliklə dünyaya gələn körpələrinin bir yaşını layiqincə qeyd etmək üçün kimlər gəlməmişdi onun ad gününə. Uşağın böyük dayısı Aftandilin çox gözəl əl qabiliyyəti var idi. Taxtadan üzərində oyma ilə məşğul olurdu. Rayonda hörmətli adam idi. Özü də çox diqqətcil idi. Yaxınlarının, dostlarının xeyir işlərində, məclislərində iştirak etməkdən qaçmazdı və həmişə də onun hədiyyəsi xüsusi olardı. Təbii ki taxtadan yonulmuş sırf o adamı xatırladan nə isə bir şey. Şuşadan tez- tez gəlib onun əl işlərini almaq istəyərdilər, o isə satmazdı. Ümumiyyətlə o, bu işlə pul qazanmaq xətrinə məşğul olmurdu. Özü neçə illəri idi ki, “Raykom”da məsul vəzifələrdən birində işləyirdi. Şəraiti pis deyildi. Əl işlərini ancaq hədiyyə edərdi. Deyirdi ki, mən öləndən sonra hər dəfə o hədiyyəmə baxanda bir dəfə rəhmət oxusalar o dünyada rahat olacam. Bu da mənim bəsimdi.

Bacısı qızının ad günü hədiyyəsi çox xüsusi bir şey idi. Uşaq doğulduğu gün o meşədə idi. Ağac toplamağa getmişdi. Təsadüfən Laçın tərəfdə çox nadir halda rast gəlinən əsl oymalıq düyünsüz bir ağac parçasına rast gəlmişdi. Elə o ağacla Güləbird kəndindəki evlərinə qayıdanda Müzəffərdən şad xəbər almışdı. Dayı olmuşdu deyə, uşaq kimi sevinirdi.

İlhahi bu necə gözəl DUYĞUdur. Öz övaldı olanda belə bu qədər sevinməmişdi. Bu şad xəbəri öz dayısına çatdırmaq üçün Soyuqbulaq kəndinə qədər getmişdi. Dayısı yaşlı adam idi. Kənddə hamı ona Ovçu əmi deyərdi, amma əsl adı Şakir idi. Mahir ovçu olduğundan adı elə qalmışdı. O kəndə çatanda dayısı elə kənddəki məsciddə namaz qılırdı. Aftandili görsə də, namazını pozmaq istəmdi. Amma gözlərindəki parlaqlıqdan məsələnin nə yerdə olduğunu yəqin etmişdi. Odur ki, bu dəfəki namazı xeyli uzun çəkdi.

Allaha razılıq edirdi Ovçu əmi. Namaz üstündə belə xəbər almağına görə. Sağ- salamat övlad bəxş etdiyinə görə. Namazdan sonra isə bayıra çıxanda Aftandili görmədi, amma onu görənlər dedilər ki, qalxdı yuxarı bir qoç gətirməyə. Deyib ki, dayım burada gözləsin indi gəlirəm. Bir az keçmiş bacıoğlu çiynində iri bir qoçla gəldi. Meydanda məscidin qabağında dayısının ayaqları altına qoydu.

Ay dayday gözün aydın dayday oldum- sevinərək, dilləndi Aftandil. Bu da məndən. Kəs, doğra, kənddəki yetim- yesirə, imkansızlara payla. Amma dərisini saxla özün bildiyin kimi qurut. Mənə lazım olacaq.

- Gözün aydın ay bala, çox narahat idin. Gördün dayı olmaq necə xoş hissdir? İndi dayı oldun, amma görək dayılıq edə biləcəksən ya yox? -deyə, Şakir dayı söz atdı. Aftandildə az aşın duzu deyildi. Kişinin nəyə işarə etdiyini anladı. Tələm-tələsik kəndə qayıtdı.

Meşədən gətirdiyi o ağac parçasına baxıb fikirə daldı. Ağlına nəsə gəldi və öz - özünə uşaq kimi gülməyə başladı.

Həmin gündən sonra emalatxansında bu şah əsərini hazırlamaq üçün gecə - gündüz çalışdı. Amma bu haqda heç kimə bildirmədi. İstəmirdi kimsə görsün. Qorxurdu ki, birdən uşaq yaşamaz arzusu ürəyində qalar, görənlər isə sonra ona yazıq gözü ilə baxar.

Düz bir il hədiyyənin üzərində işlədi. Dayısından gedib dərini də götürmüşdü. Uşağın ad günündə həmin o şah əsərini valideyinlərinə təqdim edəndə hamı çaşıb qalmışdı. İnanın ki, uçan milçəyin səsi belə eşidilirdi. Görənlər deməyə söz tapa bilmirdilər.

Sizcə Aftandil taxtadan nə yonmuşdu?

Hündürlüyü bir metrdən artıq dimdiyində torbası olan Hacıleylək. Torbası isə həmin o qoçun dərisindən idi. Elə düzəltmişdi ki, onun içinə həmin o bir yaşlı uşağı qoymaq mümkün olsun. Quş şəstlə dayanmış vəziyyətdə bir ayağı qabağa sarı durmuş, dimdiyini azca yuxarı qaldırmış və naz edirmiş kimi gözlərini bir az qıymışdı.

Bu Laçının ilk və hələlik son unikal hədiyyəsi idi.

Həmin gecə dayısı söz verdiki hər il ad günündə ona taxtadan oyma hədiyyə edəcək. Gəlin köçürəndə də onları qoşmaq üçün sandıqlarını da hazırlayacaqdı.

O gecə Aftandil ömründə ilk dəfə içki içdi. Səhərə qədər Müzəffərlə deyib, yeyib -içdilər.

Gələn qonaqlar arasında kiçik dayısı Rasim, xalası Şəfiqə də vardı. Onlar da əliboş gəlməmişdilər. Şəfiqə xalası xalçaçı idi. Çox gözəl əl qabiliyyəti var idi. Gözəl bir xalça toxumuşdu.

Həmin şadyanalıqdan sonra sevincləri uzun sürmədi. Bir neçə gün sonra Laçın ermənilər tərəfindən hücuma məruz qaldı. Hüseynovlar ailəsi kimi bir çoxları ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldı. Kimin əli nəyə yetdisə, onu götürüb tərk etdi Laçını.
Amma tərk edə bilməyənlər, tərk etməyənlər də var idi. Onlardan biri də Aftandil idi.

Belə bir məcburiyyət qarşında qalmağı o həzm edə bilmirdi. Yaxınlarının təkidinə baxmayaraq, kəndi tərk etmədi. Yasəmən xala qardaşını sonuncu dəfə evdən çıxarkən bərk-bərk qucaqladı, hönkür - hönkür ağladı. O heç zaman yoldaşının yanında qardaşı ilə belə səmimi olmazdı. Utanardı. Amma, bu dəfə son şansı olduğunu bilirdiyi üçün hisslərini cilovlaya bilmədi. Bərk-bərk sarıldı. Aftandili qəhər boğmasına baxmayaraq mərd dayandı. Sonda bacısının alnından öpdü. Güclə də olsa bir iki kəlmə söz deyə bildi. İlk sözü isə

- Laçınımdan muğayat ol. Onu gəlin köçürdəndə mən bəlkə də yanında olmayacam, amma o gün mənlə çəkdirdiyi şəkli və birdə o hədiyyəmi cehizinə qoşarsan, dayısından xatirə olaraq. Çalış, məni unutmasın.

Sonra üzünü Müzəffərə tutub göz yaşlarını silərək demişdi ki, bir gün nə vaxtsa, əgər bu dünyada olsa Laçını Laçına gətirərsən. Mənim emalatxananamın olduğu yerə. Bəlkə də o vaxta o yer qalmayacaq, amma Seyrangilə baxan divarin dibinə ona dayısından hədiyyə qoyacam. Keçən ay qazmağa başladığım yerə. Sən bilirsən oranı. Çox dərin qazmışam. Amma sən tapıb çıxararsan. Unutma ha. Seyrangilə baxan divarin dibində.

Bu ayrılıq ölümdən betər idi, hamı üçün. Amma Aftandil də tərs adam idi. Dediyini edən idi. İnadkardı. Odur ki, qohum-əqraba çox da cəhd göstərmədi.

Vaxt idi. Çıxıb getmək vaxtı. Aftandil son dəfə əyilib mışıl-mışıl yatan Laçının alnından öpdü. Əllərinə toxundu və uşağın paltarının cibinə taxtadan yonulmuş balaca bir hacıleylək fiquru qoydu.

Çətinliklədə olsa Hüseynovlar ailəsi kəndi tərk edə bildilər.

Aftandilin emalatxanası təpədə idi deyə ətrafdan onu görmək rahat idi. Müzəffər ailəsi ilə dağı aşanda dönüb sonuncu dəfə kəndə sarı baxdı. Kənddə bir evdən ucalan tüstünü gördü. Diqqətlə baxdi. Gözlərinə inanmadı. Ağlaya - ağlaya "Aftandil axı sən niyə belə etdin?"- deyə, qışqırdı. Səsə gələn Milli Ordunun əsgərləri onu çətinliklə də olsa, sakitləşdirə bildilər.

Aftandil Müzəffərgil çıxıb gedəndən sonra emalatxanaya girdi. Özünün tamamlanmış və tamamlanmış yarımçıq qalan əl işlərinə baxdi. Əlini həmin o qoçun dərisindən qalan hissəyə sürtdü. Üzündə təbəssüm yarandı. Sonra Seyrangilə baxan divara yaxınlaşdı, Laçına hədiyyə qoyduğu quyunun olduğu yeri yoxladı. Bayırda atəş səslərinə baxmayaraq, içəridə sanki səssizlik hökm sürürdü. Beynində fikirlər bir- birini əvəz edirdi. Amma istəməsə belə, bir addım atmalı idi.

Yan otaqdan yekə bir qab dolusu yanacağı gətirib yavaş-yavaş əsərlərinin üzərinə tökdü, divarlara vurdu, 3-4 tay samanı da neçə illər əvvəl işləmiş bəylik taxtının ətrafına düzdü. Baş yerində "A" və "F" yazılmış və ürək işarəsi ilə haşiyələnmiş yazını öpdü.
Sonra taxta oturdu.

Mənim əsərlərim ancaq və ancaq sevdiklərimə qismət ola bilər - deyib, yerdə qalan benzini üzərinə tökdü. Dayısının ov tüfəngini çənəsinin altına dayadı. Kibriti yandirdi və saman tayasının üzərinə atdı. Ətraf bir anlığa oda büründü. Əsərləri bir- bir yanmağa başladı. Həmin o cansız fiqurlardan sanki fəryad ucaldı. Dilə gəldilər sanki. Hər biri bir xatirə idi. Bir insan ömrü sərf etmişdi onları yaratmaq üçün, amma bir göz yaşı ömrü onları məhv etməyə yetdi. Dəlicəsinə hönkürürdü. Səsi o taxta parçalarının səsinə qarışmışdı. Bir anlığa bütün həyatı gəlib göz önündən keçdi. Nakam sevgisini xatırladı, "F"-ni. Amma yerindən tərpənmirdi. Çənəsini tüfəngin lüləsinə sıxıb dayanmışdı. Paltarı od tutmağa başlayanda Ay Laçın, Can Laçın, Mən sənə Qurban Laçın – deyib, tətiyi çəkdi. O an o hər şey söndü. Yanan o emalatxana da, od tutub alışan paltarı da. Göz yaşları da qurudu. Firurları kimi o da cansız bir parçaya çevrildi. Ruhu ahu-nalə içində tərk etdi, o bədəni.

O hadisənin üzərindən illər keçdi. Çox şeylər unudulsa da, unudulmayanlar da oldu. Laçın.

Axşam vaxtı Laçının atası işdən gələndə qapıda onu qızı qarşıladı. Müzəffər görünüşündən anladı ki, nəsə bu həna, o hənadan deyil. Amma heç nə soruşmadı.
İçəri keçdi. Yasəmən xalanın işarəsindən bildi ki, ciddi söhbət olacaq. Bir tikə çörək yeyib qızını yanına cağırdı. Ona böyük kimi müraciət elədi ki, vəziyyətdən xəbəri olsun.
Laçın inad baxışları ilə atasına bir sual verdi.

- Yoldaş Hüseynov, siz məni nə vaxt Laçına aparacaqsınız?

Müzəffər çaşıb qalmışdı. Nə cavab verəcəyini bilmirdi. Uşaqyana cavab versə, alınmayacaq, ciddi cavab versə, nə deyəcək? Yaman yerdə axşamlamışdı.

Atasından səs çıxmayınca Laçın yenidən dilləndi.

- Müzəffər yoldaş, siz məni nə vaxta kimi aldatmaq fikriniz var? Bir şəkil göstərmisiz, bir də balaca taxtadan quş. Demisiniz ki, o şəkildəki sənin dayındı, bir də sənsən bir yaşında. Mən dayımı görmək istəyirəm axı? Bəs nə vaxt görəcəm?

Laçın elə bilirdi ki, dayısı sağdı, sadəcə Laçında ağır xəstədi, müalicə alır. Həkimlər deyib ki, biz sizə deyəndə gələrsiz. Arada atası bir neçə gün gedib qardaşıgildə qalırdı ki, Laçın elə bilsin atası gedib dayısını görməyə. Həkimlər axı yalnız atasına icazə vermişdilər gəlib görməyə.

Hər dəfə də gələndə "dayısından" bir hədiyyə də gətirərdi.

Müzəffər qızının bu sualının qarşısında aciz qaldı. Ayağa durub qızını öpüb, qucaqladı. Göz yaşlarını sildi. Sonra dedi ki:

- Aparacam, mənim Laçınım, aparacam. Söz vermişəm axı sənə. Elə dayına da söz vermişəm ki, səni gətirəcəm. O da sənin gəlməyin münasibətilə böyük bir hədiyyə hazırlayır.

Bu söhbətin üstündən 10 il keçdi.

Laçın artıq böyük qız idi, 18 yaşlı bir tər qərənfil. Deyirlər, qoç igid dayısına çəkər.
Amma, deyəsən bu dəfə Laçın dayısına oxşamışdı. Dayısından ona inadkarllıqla bərabər, həm də gözəl əl qabiliyyəti də keçmişdi. Rəssamlığı oxuyurdu. Çox gözəl rəsmləri var idi. Şəkillərinin çoxu isə Laçınla bağlı idi. Kitablarda, qəzet və jurnallarda gördüyü Laçın mənzərlərini kətan parçaya köçürməkdən zövq alırdı. Bu onda çox gözəl alınırdı da. Hərdən hamı evə yığışanda Laçının əsərləri müzakirə olunurdu.

Amma bu dəfə yığışanda müzakirəyə səbəb onun növbəti əsəri deyildi.

Laçın özündə təsəvvür oyatmaq üçün bir müddət tapdığı emalatxanalarda oldu. Foto şəkillər çəkdi. Xəyalında dayısının emalatxanasını kətana köçürmək var idi.

Müəyyən ideyalar var idi, amma tam istədiyi deyildi. Son bir həftədə çox gərgin işlədi.

Axır ki, istədiyini edə bilmişdi. Müəllimlərinin korrektəsi, yönləndirilməsi çox kömək oldu.

Kiçik bir təqdimat mərasimi də keçirmək fikrini atasına bildirəndə, Müzəffər etiraz etmədi. Nə lazımdırsa, hər şey alıb gətirdi. O anları tarixə köçürmək üçün nə lazımdırsa, etdi. Yasəmən xala da özünün məhşur XAN aşını hazıladı. Böyük məclis quruldu.

Məqam yetişib əsərin üzərindəki örtüyü qaldırmaq vaxtı çatanda Laçının gözləri doldu. Özünü çətinliklə də olsa, ələ aldı. Və dedi:

- Bir vaxtlar mən lap körpə olanda dayım mənə bir böyük hacıleylək quşu hədiyyə eləmişdi, özü düzəltdiyi. Anam onu göz bəbəyi kimi qoruyub saxladı. Düzdür, dərisi olan hissəsi bir az korlandı, amma taxta hissəsi salamat qalıb bu günə kimi. Sonra biz Laçından ayrılanda paltarımın cibinə kiçicik bir yenə hacıleylək quşu fiqurunu qoymuşdu. O da bu gün mənimlə olan yeganə şəklinin yanında durur. Anam həmişə deyir ki, mən ona oxşamışam. İnadkarlığımda, əl qabiliyyətimdə. Bu şəkli mən ona həsr elədim. Bu günə kimi buna cəsarət edə bilmirdim. Bacarmırdım. Amma bu dəfə bunu elədim. Onu canlandırmaq istədim. Nə qədər alınıb- alınmayıb, ona siz qərar verin.
Bunu deyib, örtüyü yerə saldı.

Hamı donub qalmışdı. Heç kim yerindən tərpənməyə belə cürət etmirdi. Şəkilə baxan Yasəmən xalanın gözlərindən yaş axmağa başlamışdı.

Laçın artıq özünü saxlaya bilmirdi. Astaca ağlayırdı. Amma özündə cəsarət tapıb sözünə davam elədi:

- Mən bu şah əsərimdə dayımın mənə hədiyyə elədiyi şah əsərini hazırlayarkən təsvir etməyə çalışdım. Bacardığım qədər elədim. İnanıram ki, onun da ruhu bu gün bizim aramızdadır. O da baxır. Bilmirəm ruhlar ağlayır, ya yox, amma ağlaya bilirlərsə, o bu dəqiqə göz yaşlarını silməklə məşğuldu. Yerin cənnətlik olsun dayım, mən sənin şah əsərinə baxaraq böyüdüm, ondan güc aldım. Onunla dərdimi bölüşdüm. Onun cansız bədənində sənin əllərinin istisini duydum.

Çox sağ ol! Düzdür, bu günə kimi hələ papa məni Laçına aparmayıb, baxmayaraq ki, söz verib sənə. Amma nə vaxtsa, mən mütləq gələcəm sənin iş yerini ziyarət etməyə. Sən mənə bir hədiyyə borclusan ha, unutma. Bəlkə onda papa da yanımda olmayacaq. Amma mən gələndə bilirəm ki, məni mütləq sən qarşılayacaqsan. Həmin o yerə ürəyimin səsinə qulaq asaraq gedəcəm və bax, bu əllərimlə qazacam həmin o divar dibini, sənin hazırladığın hədiyyəni götürmək üçün.

Bax, onda sənə bir daha “çox sağ ol” deyəcəm, dayı. Çox təəssüf ki, deyə bilmirəm, qəbrin nurla dolsun. Çox təəssüf ki, gəlib məzarını ziyarət edə bilmirəm. Üzərinə tər güllər qoya bilmirəm. Baş daşına əlimi sürtə bilmirəm. Amma bilirsən ki, hər gecə səni xatırlayıram səni xatirlaya bilməsəm də.

Amma mən də səndən gələn inadkarlıq var. O varsa, deməli MÜTLƏQ gedəcəm Laçına.

Atam məni aparsa da, aparmasa da. Gedib, sənin dayının namaz qıldığı məscidin yerində 2 rükət namazda qılacam. İnadam. İstədimsə, gərək edim. Yoxsa, bu dünyada mən rahatlıq tapmaram. Sən arxayın ol. Gələcəm. Mütləq gələcəm...

Orxan Ordubadlıxan


Xəbər 7122 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +