XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


13.11.2024  12:00 

Bakıya gəlmirlər, amma Tehranda İsrailin raketlərini “ziyarət” edirlər





A+  A-

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.



M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:

- İran prezidentinə Bakıya gəlməyə icazə verməyən Sepahçılar Tehranda İsrailin raketlərini “ziyarət” etdilər.

- İran prezidentinə Bakıya gəlməyə icazə vermədi. Çünki İsrail prezidenti də Bakıda olacaqdı, rastlaşa bilərdilər. Bu qadağandır. Amma İran çox böyük məmnuniyyətlə İsrail raketlərinin Tehrana düşməsinə icazə verdi, Sepah hərbçiləri İsrailin mərmilərini, raketlərini “ziyarət” etdilər. Paradoks deyilmi?

- Sünikdə İran ekspertlərinin iştirakı ilə seminar keçirildi. Seminara gələn İran ekspertləri ER Təhlükəsizlik Şurasının katibi A.Qriqoryanla görüşdü. Sünikdə keçirilən seminarda Ermənistanın nüfuzlu rəsmiləri iştirak etmədi. Son illərdə Sünik ABŞ-ın təsir zonası hesab olunur. ABŞ səfirinin şəxsi iştirakı ilə Sünikdə dəfələrlə İranın əleyhinə tədbirlər reallaşdırılıb. ABŞ-da prezident seçkiləri ərəfəsi olduğu üçün görünür ABŞ-ın Ermənistandakı səfirliyinə fərqli tapşırıqlar verilibmiş. Çünki tək Ermənistandakı səfir K.Kuin deyil, Azərbaycandakı səfir də seçki ərəfəsində görünmədi.

Gürcüstanda baş verən proseslərə ABŞ-ın səfiri tamamilə baş-ayaq mövqedən münasibət bildirdi. Məhz bundan istifadə edərək İranın Ermənistandakı səfirliyi Sünikdə öz mövqeyini nümayiş etdirə bildi.

- Bunun ardınca dərhal A.Qriqoryan Litvaya getdi. Litva ABŞ-ın Aİ-nin Şərqi Avropa və post-sosialist məkanında ABŞ-ın siyasətinin kuratorudur. A.Qriqoryanın Litvanın Xİ naziri Q. Landsbergislə müzakirəsi Ermənistana istədiyini verə bilmədi. Nəticədə 1 sutkadan sonra A.Qriqoryan Litva prezidenti ilə də görüşdü. Görünür ABŞ-a çatdırmaq istədiyi Litvanın Xİ nazirinin gücü daxilində deyil, prezidenti qoşdular. Ola bilər A.Qriqoryan Litva vasitəsilə ABŞ-dan İranın Ermənistana artan təsirini neytrallaşdırmaq üçün əlavə qüvvə istəsin. Bolton yada düşə bilər. İranı Rusiyaya qarşı qoymaq təklifi müzakirə oluna bilər. Hər iki halda İran üçün Ermənistan tərəfindən yaxşı heç nə görünmür.

İran gündəliyindən başqa digər mövzunu da hazırda ABŞ-Ermənistan münasibətlərində görmürük.

- Tədbirdə iştirak etmək üçün Ermənistana gələn, müxtəlif görüşlər keçirən İran ekspertlərinin verdiyi açıqlama diqqəti çəkir. Keçmiş deputat, milliyyətcə erməni Ruben Beqlaryanın fikrincə, İran Ermənistana hər şey etməyə hazırdır, təki Ermənistanın xarici siyasəti qeyri-müəyyənliklərdən azad və İranpərəst olsun. Ehsan Mühəvədiyan çox aydın bildirir ki, əgər Ermənistan Qarabağ ermənilərini əvvəlki yaşayış yerlərinə qaytararkən zor tətbiq edərsə, İran bunu alqışlayacaq. Yəqin kömək edəcəyini də nəzərə tutur. İran-Ermənistan Dostluq Qrupunun sədri, İran-Ermənistan Ticarət Evinin Təbriz bölməsinin direktoru Nazifin də fikrincə, Qara dəniz -Fars körfəzi beynəlxalq nəqliyyat marşrutu çoxdan işə düşə bilərdi. İşə düşməməsinin səbəbi Ermənistanın passivliyidir.

- Bu fonda bir neçə gün əvvəl İran idmançısı Əhməd Bagirpurun Qarabağda döyüşlər zamanı öldürülmüş erməni idmançısı Xaçatur Sukiasyana qızıl medalını təqdim etməsi yada düşür. Rəsmi Tehran Ermənistana hətta azərbaycanlıları öldürməyi davam etdirməyə hazır olduğunu nümayiş etdirir, təki Ermənistan İranın sözünə qulaq assın.

- Ermənistan İrandan ağıllı görünür. “Azərbaycan” kəlməsi olan yerdə İranın rəhbərliyi tamamilə ağlını itirir. “Azərbaycan” kəlməsi də İrana rəhbərlik edən Sepahın yanında daim eşidilir. Ermənilər də Azərbaycanın adı səslənəndə özlərini itirirlər, davranışlarında müəyyən dəyişiklik yaranır. Ermənilər səndirləsə də bir müddət sonra özlərini ələ ala bilirlər.

- Yaranmış vəziyyətdə Ermənistan rəhbərliyini İranın siyasətçilərindən ağıllı kimi qəbul etmək lazımdır. Çünki erməni başa düşür ki, İranın ambisiyalarını yerinə yetirməsi Azərbaycan Respublikasına və Türkiyəyə qarşı düşmənçilikdir. Birinci fürsətdə Türkiyə və Azərbaycan Ermənistanın dövlət kimi tarixinin son saniyələrini yaxınlaşdıracaq və beynəlxalq aləm də o zaman Azərbaycan Respublikası və Türkiyənin Ermənistanla bağlı etdiklərini legitim tanıyacaqdır.
- İran üçün yaratdığı vəziyyət daha təhlükəlidir. Bütün siyasətlərində ciddi qüsurlar buraxırlar. Fələstin mövzusunu ortalığa qoydular. Məqsəd Fələstin deyildi, İsraillə ərəb ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasını dayandırmaq idi. “İbrahim anlaşması” ətrafında gedən söz-söhbəti sıfıra endirmək idi. Bir neçə aydan sonra vəziyyət belə yarandı ki, İran indi həm iqtisadi əməkdaşlıq, həm də hərbi təhlükəsizlikdən ötrü Səudiyyə Ərəbistanına yalvarır. Qətərlə arasında tunel çəkmək istəyir. Türkiyə və Azərbaycana qarşı təzyiqlərini artırır.

- İsraillə Səudiyyə Ərəbistanının münasibətlərini dağıda bilməyən İran indi çalışır ki, İsraillə Azərbaycanın münasibətlərini korlasın. Pakistanın da adından danışmağa başlayıb. Bəzi Pakistan ekspertlərinin qeyri-aydın, dəqiq səsləndirilməyən fikirlərini anti-Azərbaycan istiqamətə yozmaqla məşğuldurlar.

- İranın Azərbaycanın təhlükəsizlik mexanizmlərindən xəbəri yoxdur. İndi də Azərbaycanın AİB-ə üzvlük mövzusu gündəlikdədir. Azərbaycan bir neçə saniyə ərzində KTMT-yə üzv ola bilər. Azərbaycan MDB-nin üzvüdür. MDB-nin təhlükəsizlik sistemi keçmiş SSRİ-nin təhlükəsizlik sisteminin eynisidir. Azərbaycan ATƏT-in üzvüdür. Bu vaxta qədər tətbiq olunmasa da ATƏT-in təhlükəsizlik sistemi çox güclüdür. ATƏT-ə müraciət etməklə ABŞ, NATO-nu və digər bütün qüvvələri Azərbaycan müdafiə işinə qoşa bilər.

İran kontekstindən təhlükəsizliyimizdə Pakistanla əlaqələrimiz xüsusi yer tutur. Bu əlaqələri biz birgə nüvə başlıqlı raketlər layihəsinə qədər artıra bilərik.

İranın anti-Azərbaycançılığının bir ucu Ermənistan, Rusiya istiqamətindədirsə, digər ucu ABŞ istiqamətinə gedir.

Azərbaycanın əlavə təhlükəsizlik mexanizmləri yaratmaq gücündədir.

- Təhlükəsizlik sistemimiz bütün bunların hamısını əhatə etməlidir və tam əminliklə qeyd etmək olar ki, İran Azərbaycan üçün heç vaxt ciddi ağır problem yarada bilməz. İranın Azərbaycan hakimiyyətinin işinə maneçilik törətmək, müəyyən qədər gərginlik yaratmaq imkanı var. Sonda da bu proseslərin hamısı İranın əleyhinə yönələcəkdir.

- Azərbaycan tarixində ən müstəqil siyasəti aparan Prezident məhz İ.Əliyevdir. İran da bu vaxta qədər Azərbaycan vasitəsilə ona görə dağılmayıb ki, Azərbaycana İ.Əliyev rəhbərlik edir. Bacarırsa, İran bundan sonra İ.Əliyevi müdafiə etsin, müstəqil siyasət aparmaq imkanlarının genişlənməsinə maneçilik etməsin, bacarsa kömək etsin.




Xəbər 2471 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +