Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


30.09.2024  10:22 

Ortaq əlifbaya keçid: Türk xalqlarına nə vəd edir? -Video





A+  A-

Xəzərnews.az xəbər verir ki, "Diasporla Gündəm"in növbəti qonağı sabiq təhsil naziri, türkoloq, professor Firudin Cəlilov olub.



F. Cəlilovla söhbət zamanı ortaq türk əlifbası mövzusu müzakirə edilib.

"Azərbaycanda dilçilik elmi çox inkişaf edib. Tatarlarda sintaksisə aid yüzə yaxın kitab var, amma Türkiyədə bu say birdir. Latın qrafikasına keçid söhbətini ilk dəfə Mirzə Fətəli Axundzadə gündəmə gətirib, amma o dövrün cahilləri bunu anlamırdılar”, -deyə F.Cəlilov bildirib.

Türkoloq qeyd edib ki, M.Ə.Rəsulzadə və digər cümhuriyyətçilər demokratik respublika quranda artıq ikinci il, 1919-cu ildə qərar qəbul etdilər ki, latın əlifbasına keçilsin:

“Ruslar buranı işğal edəndən sonra onlar da bu əlifbadan istifadə etdi. Paralel həm ərəb, həm də latın əlifbasından istifadə edirdilər. Bütün türk xalqları üçün ortaq əlifbaya keçmək qərarı aldılar. Biz onsuzda işlədirdik. 1928-ci ildən 1939-cu ilədək türk xalqları bu əlifbanı işlətməyə başladı. Daha sonra Stalin buna qadağa qoydu və kiril əlifbasına keçid oldu. Bu gün Qazaxıstan, Qırğızıstan, tatarlar və s. o əlifbada yazır. Lakin Azərbaycanda biz 1991-ci ildə ortaq əlifbanı qəbul etdik. Hansı ki, ondan bir il öncə mənim xahişimlə İstanbulda Mərmərə Universitetində 3 günlük bir Ortaq Türk Alfabesi simpoziumu keçirildi. Orada müxtəlif türk ölkələrindən gələn akademiklər, dilçilər, proffesorlar arasında müzakirə getdi. Və bu əlifba qəbul edildi. Mən də daxil olmaqla hər birimiz o protokola imza atmışıq, bunlar çap olunub. Həmin variantı mən Azərbaycana gətirib parlamentdə tətbiq etdim. O dönəmdə həm parlamentdə elm, təhsil mədəniyyət komitəsinin sədri idim, həm də Dövlət Əlifba Komissiyası yarandı və məni ora məsul katib təyin etdilər. Heç bundan xəbərim yox idi qəzetdə görmüşdüm. O işlər mənim boynumda idi. Çox çətinliklə keçdi. Çünki A.Mütəllibov fərmanı imzaladıqdan 3 saat sonra Prezident Aparatının qarşısında əlifbanın əleyhinə böyük mitinqlər keçirildi. Gələnlər İranın, Rusiyanın agentləri idi”.

F.Cəlilov qeyd edib ki, süsusilə İranda kiril əlifbasında kitablar çap edib gətirib universitetlərdə paylayırdılar:

“Sonra tale elə gətirdi ki, mən 1992-ci ildə təhsil naziri oldum. Orada da bütün dərsliklər, əlifba mənim boynumda idi. Biz də gözləmədik ki, insanlar buna öyrəşsin və s. elə birbaşa dərsliklərə latın əlifbasını tətbiq etdik. Artıq demək olar ki, o dövrdən bu günə qədər iki nəsil dəyişib. Biz ortaq türk əlfibasını 33 ildir işlədirik. Amma başda Türkiyə olmaqla digər türk ölkələri hələ bu əlifbaya keçməyiblər”.

Türkoloq qeyd edib ki, Azərbaycan bu məsələdə irəlidədir:

“O dövrdə bizimlə birlikdə tatarlar da bu əlifbaya keçdi. Ortaq əlifbanın prinsipi də budur ki, 34 hərfdən ibarətdir. Türk xalqlarının hamısında bu qədər səs yoxdur. Qazaxlar 30-nu qəbul edir, Türkiyə 29-nu istifadə edir. Bizim də dilimizdə "w" hərfi olmadığı üçün qəbul etmədik. Bir səhvlik oldu ki, gərək Sağır nun-u qəbul edərdik. Sadəcə ona gücüm çatmadı. Çünki çoxlu təpkilər var idi. "Ə, K, Ğ" səsini keçirmək üçün əziyyətlər çəkdim. Düzdür, mənə kömək edənlər də oldu - Bəxtiyar Vahabzadə, Əhməd Cavadın oğlu, Nəriman Həsənzadə və s. O ziyalılar olmasaydı mən keçirə bilməyəcəkdim. Sağır nun indi qəbul edilə bilər. Ortaq türk əlifbası ilə bağlı dilçilik insitutu tədqiqat aparmalıdır ki, bizim dilimizdə hansı sözlər Sağır nun ilə yazılmalıdır".

Xəbər 930 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +