“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


02.06.2022  17:53 

“Təhsil Nazirliyi qapalı bir sistemdir” - Deputat





A+  A-

“Müəllimin bilikləri mütləq yoxlanmalıdır. Dünyanın hər yerində 3-5 ildən bir bu proses baş verir. Amma bu imtahanlarda savadsız müəllim və direktorların keçirilməsinə şərait yaranırsa, olmasa, yaxşıdır”.

XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev Bakupost.az -a verdiyi açıqlamada qeyd edib.

O, MİQ imtahanlarının yaratdığı problemlərə də toxunub:

“MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanlarının neqativ cəhətləri barədə çox sayda yazılar dərc olunur. Burada neqativ halların qarşısının alınması üçün Təhsil Nazirliyinin hansı tədbirlər gördüyünü bilmirik. Çünki Təhsil Nazirliyi qapalı bir sistemdir. Biz İctimai Şuranın üzvləri kimi də o prosesdə iştirak imkanından məhrumuq. Direktorların işə qəbul prosesindən də narazıyam. Bütün dünyada müəllimlərin bilikləri yoxlanır. Amma işə qəbul prosesinin neqativ cəhətləri də var. Məsələn, bir dəfə rayonların birində gördüm ki, Coğrafiya müəllimi Fizika dərsi keçir. Ola bilsin ki, Fizikadan müəyyən balı toplamayan şəxslər işə götürülmədiyi üçün sinif boş qalır. Bu o deməkdir ki, bu fənn tədris olunmur. İmtahanlarda müəllim gəlib kəsilir. O özü imtahan götürən şəxsdir, əslində, kəsilməməlidir. Buna uyğun olaraq müəllim hazırlayan universitetlərdə təhsilin keyfiyyətinə nəzarət olunurmu? Bu istiqamətlərdə də işlərin çox zəif olduğunu düşünürəm. Ölkədə müəllim hazırlığının vəziyyəti bərbaddır. Bugünkü proqramlarla yaxşı müəllim hazırlamaq mümkün deyil. Sovet dövründən qalma təsir ilə yeni dövrün proqramına uyğun müəllim hazırlamaq olmur. Müəllimlər imtahandan qorxmamalıdırlar. Onlar imtahanların keçirilmə qaydasına münasibət bildirə bilər. Müəllim bilikləri mütləq yoxlanmalıdır. Dünaynın hər yerində 3-5 ildə bir bu proses baş verir. Amma bu imtahanlarda savadsız müəllim və direktorların keçirilməsinə şərait yaranırsa, bu olmasa, yaxşıdır. Burada immitasiyaya yol vermək olmaz. Bunu nazir də, nazirin ətrafındakı orta təhsili bilməyən insanlar da başa düşməlidir. Bu baş vermirsə, müəyyən təqdimatlar keçirmək olar. Orta məktəbdə yuxarı sinif şagirdləri məktəbdə tapılmır. Onlar məktəbdən yayınırlar. Bu imtahandan keçən müəllim repetitorlıqdan başqa nə bacarır?”

Millət vəkili yaşlı müəllimlərin informasiya texnologiyaları barədə etirazları haqqında da danışıb:

“Xaricdə 90 yaşı olan universitet professorları elə kitablar yazırlar, elə informasiya texnologiyalarından istifadə edirlər ki, heç cavanlar onu bacarmır. Müəllimin meyli yoxdur. Deyir ki, mən yaşlıyam, texnologiyalar mənlik deyil. Belə olmaz, orada çətin heç nə yoxdur. Mən 80 yaşlı professor tanıyıram ki, o bütün yazılarını özü çap edib. Müəllim bazara gedib bazarlıq edə bilirsə, müqayisə edə bilirsə, lövhədə düstur yaza bilirsə, informasiya texnologiyalarından istifadə edə bilər. Bu elə bir şeydir ki, sənlə yanaşı gedir. Bunu geriyə itələyə bilməzsən. İndi evində kompüter, ağıllı telefon olmayan ailə yoxdur. Qərbdə müəllim özü müraciət edir ki, biliyimi yoxlayın. Təhsil dinamik prosesdir. Bunun üçün də müəllim dəyişməlidir. Bu gün savadsız toplumun, köçürülmüş dissertasiyaların səbəbi elə inkişafdan qalan müəllimlərdir. Onlar öz üzərində çalışmır, yeni bilik əldə etmirsə, şagirdə necə bilik ötürə bilər? Müəllimin məntiqi, tənqidi təfəkkürü yoxdursa, şagirddən hansı tənqidi təfəkkürü gözləyə bilərik?”

Xəbər 1839 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +