DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü


15.11.2025  21:33 

Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?





A+  A-

Odessada keçirilməsi planlaşdırılan “2020-də 44 gün” kitabının təqdimatı gözlənilmədən təxirə düşüb.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə kitabın müəllifi, ukraynalı hərbi ekspert Oleksandr Kovalenko çıxış edib.

O.Kovalenko qeyd edib ki, bu gün təqdimat üçün nəzərdə tutulan kitab partiyası Odessaya çatdırılıb, lakin məlum olub ki, göndəriş Ukrayna üçün nəzərdə tutulan nəşr deyil:

"Göndərilən kitablar Azərbaycan üçün hazırlanmış rusdilli versiya olub. Tədbirin təşkilatçıları bildiriblər ki, təqdimat yalnız ukraynadilli nəşr əldə olunduqdan sonra baş tutacaq. Hadisə “logistik səhv” kimi qiymətləndirilib.Təşkilatçılar həmçinin zarafatla soruşublar: Odessada rusdilli kitablarla nə etmək olar? Bu sual hələ açıq qalır, amma məsələ ukraynadilli tirajın çatdırılması ilə həllini tapacaq".

Qeyd edək ki, Qarabağ savaşına həsr olunan “2020-də 44 gün” kitabının Bakıda təqdimatı Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə keçirilib.


Xəbər 2057 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +