DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü


16.11.2025  18:29 

PREZİDENTİN XƏBƏRDARLIĞI: ETİMAD YOX, MƏSULİYYƏT DÖVRÜ





A+  A-

Prezident İlham Əliyevin yeni təyin edilən icra başçıları və Naxçıvan üzrə səlahiyyətli nümayəndəni qəbul edərkən səsləndirdiyi fikirlər təsadüfi bəyanat deyil. Bu çıxış dövlət idarəçiliyində məsuliyyət mexanizmlərinin sərtləşdirildiyini, məmur davranışına münasibətdə dözümsüzlük həddinin artıq dəyişdiyini göstərir. Prezident açıq şəkildə bildirir ki, etimad avtomatik verilən status deyil. Fəaliyyətlə təsdiqlənməyən etimadın heç bir dəyəri yoxdur.

Qəbul zamanı Prezident dövlət vəzifəsinin mahiyyətinə xüsusi toxundu. O, rəhbər vəzifə daşıyan şəxsin ilk növbədə xalqa xidmət etməli olduğunu vurğuladı. Bu çağırış formal administrativ ifadə kimi deyil, idarəçilik mədəniyyətinin əsas tələbi kimi səsləndirildi.

Məmurun davranışı həm ictimai, həm şəxsi münasibətləri artıq dövlətin nüfuzunu formalaşdıran faktor kimi qəbul edilir. Ona görə də Prezidentin tələb etdiyi “təvazökar davranış” sadəcə etik norma yox, siyasi öhdəlikdir.Prezident açıq mətnlə bildirdi ki, vəzifə sahibi cəmiyyətdən qopduğu anda dövlətlə vətəndaş arasında məsafə yaranır və bunun nəticəsi idarəetmənin bütün səviyyələrində hiss olunur. Bu xəbərdarlıq göstərir ki, rəhbər şəxslərin davranış standartları ciddi şəkildə sərtləşdirilir və cəmiyyətlə ünsiyyət mədəniyyəti əsas meyara çevrilir.

Korrupsiya ilə bağlı səsləndirilən fikir isə qəbulun ən kəskin hissəsi idi. Prezident bir daha vurğuladı ki, qanunsuzluğa yol verən hər bir məmur istisnasız olaraq hüquqi məsuliyyətə cəlb edilir. Burada nə vəzifə fərqi, nə keçmiş xidmətlər, nə də şəxsi əlaqələr rol oynayır. Bu yanaşma dövlətin korrupsiya ilə mübarizədə prinsipial mövqe tutduğunu və selektivliyin olmadığını göstərir. Qanunsuz yol seçən hər bir rəhbər eyni nəticə ilə üzləşir.

Prezident kadr siyasəti barədə danışarkən daha sərt meyarlar irəli sürdü. O, açıq şəkildə qeyd etdi ki, yalnız mənəvi cəhətdən təmiz, nüfuzu olan və peşəkar şəxslər rəhbər vəzifələrdə yer ala bilər. Bu, dövlət qulluğunda reputasiyanın önə çıxarıldığını göstərir. Artıq şəxsi loyallıq və münasibətlər dövrü bitir, etibarlılıq və mənəvi bütövlük əsas seçim meyarına çevrilir.

Qəbulun ümumi məzmunu idarəçilikdə yeni mərhələnin başlandığını təsdiqləyir. Formal hesabatlarla, kağız üzərində görünən göstəricilərlə fəaliyyətin əsaslandırılması dövrü arxada qalır. Prezidentin mövqeyi göstərir ki, rəhbərlərdən faktiki nəticə, real dəyişiklik və vətəndaşın gündəlik həyatına təsir edən iş gözlənilir. Nəticə verməyən məmurun vəzifədə qalmasını əsaslandırmaq üçün artıq heç bir arqument yoxdur.

Bu xəbərdarlıq dövlət idarəçiliyinə ünvanlanan çox ciddi siqnaldır: vəzifə məsuliyyətdir və bu məsuliyyət hər gün təsdiqlənməli, hər addımda sübut edilməlidir. Etimadı doğrultmayan rəhbərin vəzifədə qalmaq haqqı yoxdur. Prezidentin yeni təyin edilən icra başçılarını və səlahiyyətli nümayəndəni qəbul etməsi bu baxımdan sadəcə təyinat mərhələsi deyil, idarəçilik sisteminin keyfiyyət standartlarını yenidən müəyyən edən siyasi akt kimi çıxış edir.

Əliməmməd Nuriyev

Xəbər 1694 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +