“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


16.11.2025  10:03 

PARLAMENTDƏ PASSİV, SLOVAKİYADA ÇOX AKTİV DEPUTATIMIZ - FOTO





A+  A-

"Yazırlar ki, Milli Məclisin gənc deputatlarından Mircəlil Qasımlı parlamentin ən passiv deputatıdır, indiyədək plenar iclaslarda bir dəfə də olsun çıxış etməyib. Nə olsun, adam parlamentdə passivdir, amma Mircəlil bəy Slovakiyada çox aktivdir".

XəzərNews.az bu barədə məlumatı Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli yayıb.

C.Həsənli bildirib ki, M.Qasımlı həm diplomat Cəlal Qasımovun qardaşı oğludur, həm də Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovun əmisi oğludur, üstəlik özünün Slovakiyada şirkəti var:

"Deputatın Bratislavada 2006-cı ildən fəaliyyətdə olan şirkəti SATEX ING International SRO-dur. Kapitalı 2024-cü il maliyyə hesabatına görə 116.800 avro təşkil edir. Bəs şirkət nə işlə məşğuldur? Sənədlərə görə azərbaycanlı investorlar üçün ənənəvi olan daşınmaz əmlak biznesi ilə. SATEX ING International SRO Slovakiyanın qərbindəki kiçik kurort şəhəri olan Peştyanidəki 4 ulduzlu Otel Oark Avenyünün sahibidir".



Xəbər 1900 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +