“Meymun çiçəyi“ - “yayılması sürətlənə bilər“
Müdafiə Nazirliyindən o silahlarla bağlı AÇIQLAMA
Estoniya parlamentinin sədri Azərbaycanda - Foto
SEPAH komandiri sui-qəsd nəticəsində öldürüldü
Şəhidlər Xiyabanı yanında gecə klubuna ETİRAZ/Video
İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü - Foto
“Polis də, sığorta şirkəti də mənimlə maraqlanmır”
“Qarabağ” – “Neftçi” - 4:1
İmtahanların NƏTİCƏsi nə zaman elan olunacaq?
COVID-19-a 1 yoluxma, ölən yoxdur


13.05.2022  12:06 

Parlamentin gündəmi: Nəşriyyatlar can verir, qəzetlər ölüb, istismar olunan qadın əməyi, qanunsuz yığılan cərimələr...





A+  A-

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, iclasda bəzi deputatlar ölkədə möbcud olan problemlərdən danışıblar.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib ki, nəşriyyatlar can verir, qəzetlər can verib qurtarıb artıq, ölüb.

O bildirib ki, yanvar ayından etibarən kağız üzərindən ƏDV götürülməli idi:

"İndi nə kitab, nə də qəzet oxuyan var. Kitab oxumayan millətin gələcəyi yoxdur. Bu məsələ həll olunmalıdır. Baş nazir Əli Əsədov bu məsələyə diqqət yetirməlidir”.


Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib ki, əmək qanunvericiliyinə görə insanı 8 saatdan artıq işlətmək olmaz:

“Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əməkhaqqı ödənilməlidir”.

Deputat bildirib ki, dövlət orqanları ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər:

“Fermerlərdə bu pozuntular daha çoxdur, orada qadınların əməyi istismar edilir. Burada çiyələyin kiloqramını 5 manata satırlar. Amma fermer bu təsərrüfatda işləyən qadınları gündə 8 saatdan artıq işlədirlər, günorta yeməyini də vermirlər. Onlara günə 8 manat, 10 manat pul verirlər. Bu da ayda 240 manat, minimum əməkhaqqından az edir. Bunu fermerlərin insafına buraxmaq olmaz. Hər kəsə hər saat işləməyinə görə əməkhaqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”

Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyevə Bakı-Quba yolunun təmir olunmasına görə təşəkkür edib. Onun sözlərinə görə, mayın 1-dən təmir işlərinə başlanılıb:

“Yəqin ki, bir-iki aya təmir işləri başa çatacaq”.

Xatırladaq ki, ötən iclasların birində V. Əhmədov Bakı-Quba yolu ilə bağlı çıxış etmişdi.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində deputatın azərbaycanlıların kitab oxumamasına dair fikri ilə razılaşmayıb: “Belə bir statistika sizdə haradandır? Kitab oxumaq istəyən həmişə oxuyur”.

Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib ki, pensiya yaşı Azərbaycanda birmənalı şəkildə azaldılmalıdır:

“Azərbaycanda vətəndaşların yaşam həddi açığını desək, 70 yaşı keçmir. Çünki sağlamlıq problemləri buna çox ciddi şəkildə təsir edir”.

Deputat qeyd edib ki, cərimələr qanunsuz şəkildə yığılır:

“BNA yenə həmin cərimələri qanunsuz olaraq yığır. Maşın sürən hər bir şəxs bundan narazıdır”.

Xəbər 2161 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2022  19:36 

COVID-19-a 1 yoluxma, ölən yoxdur

21.05.2022  19:28 

Mövqelərimiz atəşə tutuldu

21.05.2022  19:17 

Qadir ağrısı...


BÜTÜN XƏBƏRLƏR +