Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


18.03.2024  10:34 

Ruhi xanım Tovuzun deputatı olmağa hazırlaşır?





A+  A-

Ruhi xanım (Ruhiyyə Əliyeva) Tovuzun deputatı olmağa hazırlaşır. Belə bir niyyət həm özünün fəaliyyətində hiss edilir, həm də dost-tanışdan eşitmişəm. Aktiv xanımdır, yüksək təşkilatçılıq qabiliyyəti var, fikrimcə, öhdəsindən gələr.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə əslən Tovuzdan olan jurnalist Həbibə Abdulla çıxış edib.

H.Abdulla qeyd edib ki, amma necə deyərlər, bir əmma var:

"Bir neçə gün əvvəl ad günü idi, ürəyimdən keçdi ki, zəng edim təbrik edim, həm də bu məsələni istişarə edim. Telefonunu bir dostdan almışdım çoxdan, amma baxdım ki, qeyd etməmişəm, mesaj da silinib. Özü ilə əlaqəsi olan bir neçə nəfərdən istədim nömrəsini, dedilər tapşırıb ki, nömrəmi özümə deməmiş heç kimə vermə. Götürdüm messengerdən mesaj yazdım, ona da cavab yox".

Jurnalist əlavə edib ki, rəhmətlik Qənirə Paşayeva 2005-ci ildən Tovuzun deputatı idi:

"Saysız-hesabsız insanın problemi ilə bağlı ona zəng etmişəm, yazmışam, məlumat vermişəm, dərhal deyib nömrəmi ver əlaqə saxlasın. Vermişəm, insanların zənginə, mesajına cavab verib, problemilə maraqlanıb. Dediyim odur ki, Qənirə Paşayeva kimi deputatın yerinə seçilmək istəyən adam ən azı diqqətdə, insanlara münasibətdə onun kimi olmalıdır. Ki, sonra seçicilə üz-göz olmasın! Hörmətli Ruhiyyə Əliyeva! Gözəl insan, gözəl xanım! Düzdür, bu, sizin seçiminizdir, sizin qərarınızdır. Amma əgər gerçəkdın də niyyətiniz deputat seçilməkdirsə, özünüzü seçicidən, vətəndaşdan uzaq tutmayın, məsafə saxlamayın.

Sabah da bu məsafəni saxlayacaqsınızsa, mən bu gündən sizə "yox" deyirəm! Deputat əlçatan olmalıdır. Bu gün biznes ledisiz, işim yoxdur bu qərarınızla, amma gələcəkdə mandat alacaqsınızsa, qərarınıza bir daha baxmalı olacaqsız. Hər bir halda, uğurlar arzulayıram!"

Xəbər 8705 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +