Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


13.04.2022  12:42 

Qəza və Müsafir orucunun hökmləri - Oruc kimə vacib deyil?





A+  A-

Orucun təkcə qəzası vacib olan yerlər

Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) təkcə orucun qəzası insana vacibdir və kəffarə vacib deyil:

1. Ramazan ayı gecəsində cünub olan şəxsə, sübh azanına qədər ikinci yuxudan durmasa.

2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc olmamasını qəsd etsin. Həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə,

3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, yaxud bir neçə gün oruc tutarsa.

4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;

5. “Sübh olmayıb” deyən bir şəxsin sözünə əsasən orucu batil edən işlərdən birini etdikdən sonra, sübh olduğu məlum olarsa;

6. Ona «sübh oldu» deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini xəyal etdiyi halda, özü də araşdırmadan orucu batil edən bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;

7. Sözü onun üçün şərən höccət olan, yaxud səhvən onun verdiyi xəbərin höccət olmasına inanan bir şəxsin sözünə əsasən iftar edərsə və sonra məğrib olmadığı məlum olarsa;

8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ məğrib olmadığı məlum olarsa; Amma əgər buludlu və bu kimi bir havada axşam olduğunu güman edib iftar edərsə, sonradan məğrib olmadığını anlayarsa, o orucun qəzasının vacib olması ehtiyata əsasəndir.

9. Susuzluq cəhətindən məzməzə edərsə, yəni ağzında suyu dolandırarsa və bu əsnada ixtiyarsız olaraq udarsa, əgər oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn, dəstəmaz kimi məzməzə etməyin müstəhəb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq suyu udarsa, qəzası yoxdur.

10. Bir kəs ikrah (məcburiyyət), zərurət və ya təqiyyə üzündən iftar etsə, əgər ikrah və təqiyyə üzündən yemək, içmək və ya cima olsa; həmçinin bunlardan qeyrisində ehtiyat-vacibə əsasən (qəza vacibdir).

Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, yaxud suyu burnuna çəksə və ixtiyarsız udsa, qəza ona vacib deyil.

Çox məzməzə etmək oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə atması daha yaxşıdır.
Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq, yaxud unutduğuna görə boğazına su gedəcəyini bilsə, məzməzə etməməlidir. Amma bu halda məzməzə edə və su boğazına getməsə, ehtiyat-vacibə görə onun qəzası lazımdır.

Əgər Ramazan ayında araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmadığı üçün orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir.

İnsan məğrib olub-olmadığında şəkk edərsə, iftar edə bilməz. Amma sübh olub-olmadığında şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər.

Qəza orucunun hökmləri

Əgər dəli ağıllansa, dəli olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil.
Əgər kafir müsəlman olsa, kafir olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil. Əgər müsəlman kafir olsa və yenidən müsəlman olsa, kafir olduğu günlərin orucunun qəzası vacibdir.

Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir. (Hətta məstedici olan şey müalicə üçün qəbul olunsa belə.)

Üzrlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs, sonradan üzrünün nə zaman aradan qalxdığına şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını etməsi vacib deyildir. Məsələn, Ramazandan qabaq səfərə çıxıb, Ramazanın beşinci günü və ya altıncı günü səfərdən qayıtdığını bilməzsə və ya Ramazanın sonunda səfərə çıxıb, Ramazandan sonra müsafirətdən qayıdarsa, amma Ramazanın iyirmi beşində, yaxud iyirmi altısında səfərə çıxdığını bilməzsə, hərçənd çox miqdarı, yəni altı günü qəza etmək ehtiyat-müstəhəb olsa belə, hər iki təqdirdə ən azı, yəni beş günü qəza edə bilər.

Əgər bir neçə Ramazan ayından qəza orucu qalsa, hansının qəzasını əvvəl tutsa, maneəsi yoxdur. Amma sonuncu Ramazanın qəzasının vaxtı dar olsa, məsələn, sonuncu Ramazan ayından beş gün qəzası qalmış olsa və beş gün də Ramazan ayına qalarsa, daha yaxşısı budur ki, əvvəl sonuncu Ramazanın qəzasını tutsun.

Boynunda bir neçə Ramazan ayı orucunun qəzası vacib olan şəxs tutduğu orucun hansı Ramazan ayının qəzası olduğunu niyyətində müəyyən etməzsə, son ilin Ramazan ayının qəza orucu hesab olunmur ki, təxir kəffarəsi ondan götürülsün.

Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən qabaq orucunu batil edə bilər, amma orucun qəzasının vaxtı dar olsa, daha yaxşı odur ki, batil etməsin.

Daha yaxşı olar ki, meyitin qəza orucunu tutmuş olan şəxs zöhrdən sonra orucunu batil etməsin.

Əgər şəxs xəstəlik, heyz, yaxud nifas səbəbindən Ramazan ayının orucunu tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmişdən əvvəl ölərsə, o orucların qəzası yoxdur.

Əgər şəxs bir xəstəlik üzündən Ramazan orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazanına qədər davam etsə, tutmadığı orucların qəzası ona vacib deyil. Gərək hər gününə bir müdd təam, yəni buğda, arpa, çörək və bu kimi şeylər fəqirə versin. Amma başqa bir üzrə görə, məsələn, səfərə çıxdığı üçün oruc tutmasa və onun üzrü gələn orucluğa kimi qalsa, tutmadığı orucları qəza etməlidir. Ehtiyat-vacib budur ki, hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Xəstəlik səbəbindən Ramazan orucunu tutmayan bir şəxsin xəstəliyi Ramazan ayından sonra sağalsa, amma sonra başqa bir üzrün çıxması nəticəsində sonrakı Ramazana qədər qəzasını tuta bilməzsə, tutmadığı orucları qəza etməlidir. Ehtiyat-vacibə əsasən hər gün üçün bir müdd təam da fəqirə verməlidir. Həmçinin əgər Ramazan ayında xəstəlikdən qeyri bir üzrü olsa və Ramazandan sonra o üzr aradan qalxarsa, xəstəlik səbəbindən bu orucların qəzasını gələcək Ramazana qədər tuta bilməzsə, hökm eynidir.

Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa, Ramazandan sonra üzrü aradan getsə və gələn Ramazana kimi qəsdən qəza orucunu tutmasa, gərək orucunu qəza etsin və hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Əgər orucun qəzasında vaxt dar ikən səhlənkarlıq etsə və vaxt darlığında bir üzr peyda olsa, gərək qəzasını tutsun. Ehtiyat-vacibə əsasən hər bir gün üçün fəqirə bir müdd təam versin. Üzrü aradan gedəndən sonra oruclarını qəza etməyi qərara alan, amma qəza etməzdən qabaq vaxt darlığında üzr peyda olanın da hökmü belədir.

Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağaldıqdan sonra axırıncı Ramazanın qəzasını tutmalı və əvvəlki illərin hər bir günü üçün fəqirə bir müdd təam verməlidir.
Hər gün üçün fəqirə bir müdd təam verməli olan şəxs bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.

Ramazan orucunu bir neçə il təxirə salsa, gərək qəza etsin. Əvvəlki illərin təxirinə görə hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı neçə illərin təxiri üçün ona heç bir şey vacib deyil.

Əgər Ramazan orucunu qəsdən tutmasa, gərək onun qəzasını yerinə yetirsin və hər bir günü üçün iki ay oruc tutsun ya altmış fəqirə təam versin, yaxud bir qul azad etsin.
Əgər gələn Ramazana kimi o orucun qəzasını yerinə yetirməsə, ehtiyat-lazıma əsasən hər gün üçün bir müdd təam kəffarə fəqirə verməlidir.

Əgər Ramazan orucunu qəsdən tutmasa və gündə neçə dəfə cima, ya istimna etsə, kəffarə təkrar olunmayacaq. Həmçinin əgər orucu batil edən digər işlərdən bir neçə dəfə görsə, məsələn, bir neçə dəfə xörək yesə, bir kəffarə kifayətdir.

Ata vəfat edəndən sonra ən böyük oğul, gərək ehtiyat-lazıma əsasən onun qəza orucunu, namaz hökmündə (1370-ci məsələdə) deyilən qayda ilə yerinə yetirsin. Əgər vərəsələr razı olsa, hətta ölən şəxsin malından olsa belə, hər gün üçün bir müdd (750 qram) təam fəqirə versin.

Əgər ata Ramazan orucundan başqa digər vacib orucu tutmasa, yaxud əcir olub tutmasa, onun qəzası böyük oğula lazım deyildir.

Müsafir orucunun hökmləri

Səfərdə dörd rəkətli namazları iki rəkət qılmalı olan müsafir gərək oruc tutmasın. Namazını tam qılan müsafir, işi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi gərək səfərdə oruc tutsun.

Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun qaçırtmaq üçün olsa məkruhdur və həmçinin Ramazan ayında mütləq səfər həmin hökümdədir. Həcc, ümrə və digər zəruriyyət səbəbindən olan səfərlər istisnadır.

Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, belə ki, icarə və ya bu kimi şeylə vacib olmuş olsa, yaxud etikafın üçüncü günü olsa, o gündə səfər edə bilməz. Əgər səfərdə olsa, mümkün olduğu halda, gərək on gün bir yerdə qalmaq qəsdi etsin və o günü oruc tutsun. Amma əgər o günün orucu nəzirlə vacib olmuş olsa, zahir budur ki, o gün səfər etməyi caizdir və qəsdi-iqamət (on gün dayanmaq məqsədi) vacib deyil. Hərçənd daha yaxşı budur ki, əlacsız olmayana kimi səfər etməsin və əgər səfərdədirsə, qəsdi-iqamət etsin. Amma and içmək və ya əhd etməklə vacib olubsa, ehtiyat-vacibə görə gərək səfər etməsin, əgər səfərdə olsa, qəsdi-iqamət etsin.

Əgər şəxs müstəhəb oruc tutmasını nəzir etsə və gününü müəyyən etməsə, onu səfərdə yerinə yetirə bilməz. Amma səfərdə müəyyən gündə oruc olacağını nəzir etsə, gərək onu səfərdə yerinə yetirsin. Həmçinin, müəyyən bir gündə, istər səfərdə olsun, ya olmasın, oruc tutacağını nəzir etsə, gərək o gün səfərdə də olsa oruc tutsun.

Müsafir hacət istəmək üçün Mədineyi-təyyibədə üç gün müstəhəb oruc tuta bilər. Əhvət budur ki, həmin üç gün çərşənbə, cümə axşamı və cümə günləri olsun.

Müsafirin orucunun batil olduğunu bilməyən şəxs əgər səfərdə oruc tutsa və gün əsnasında məsələni başa düşsə, orucu batil olar. Əgər məğribə qədər başa düşməsə, orucu səhihdir.

Əgər müsafir, müsafir olduğunu unutsa və ya müsafir orucunun batil olmasını unutsa və səfərdə oruc tutsa, orucu ehtiyata əsasən batildir.

Əgər oruc tutan zöhrdən sonra səfər etsə, gərək ehtiyata əsasən orucunu tamamlasın, bu halda onun qəzası lazım deyil. Əgər zöhrdən qabaq səfər etsə, ehtiyat-vacibə görə xüsusilə gecədən səfər niyyəti olsa, o günü oruc tuta bilməz. Amma bütün hallarda gərək həddi-tərəxxüsə yetişməzdən əvvəl orucu batil edən bir iş görməsin. Əks təqdirdə ona kəffarə vacib olar.

Müsafir zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə yetişərsə, istər fəcrdən əvvəl səfərə çıxsın, istərsə də oruc tutub səfərə çıxmış olsun, əgər orucu batil edən bir iş görməyibsə, ehtiyat-vacəbə əsasən o gün oruc tutmalıdır, bu halda onun qəzası yoxdur. Əgər orucu batil edən bir iş görübsə, o günün orucu ona vacib deyil, gərək (sonradan) onu qəza etsin.

Əgər müsafir zöhrdən sonra öz vətəninə və ya on gün qalmaq istədiyi bir yerə çatsa, ehtiyat-vacibə görə orucu batildir və gərək onu qəza etsin.

Müsafir və oruc tutmaqda üzrü olan bir şəxsin Ramazan ayının gündüzlərində cima etməsi, habelə doyunca yeyib-içməsi məkruhdur.

Oruc vacib olmayan şəxslər

Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə oruc tutmaq vacib deyil. Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda, arpa, ya çörək və ya bu kimi şeylər) versin.

Qocalığa görə oruc tutmayan şəxs Ramazan ayından sonra oruc tuta bilsə, ehtiyat-müstəhəb budur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin.

Əgər insanda susuzluq xəstəliyi olsa və bu susuzluğa dözə bilməsə, yaxud çox çətin olsa, oruc ona vacib deyil. Amma ikinci surətdə gərək hər gün üçün yoxsula bir müdd təam versin. Əgər sonradan tuta bilsə, qəza etməsi vacib deyil.

Doğum vaxtı yaxınlaşan və oruc tutmağın özünə və ya bətnindəki uşağa zərəri olan qadına oruc vacib deyil. Gərək hər gün üçün fəqirə bir müdd təam versin və hər iki halda tutmadığı orucların qəzasını tutsun.

Uşağa süd verən qadının, istər uşağın anası olsun, istər dayəsi və istərsə ücrətsiz süd versin, südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər verərsə, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda tutmadığı orucları gərək qəza etsin. Amma ehtiyat-vacibə əsasən bu hökm, uşağa ancaq bu yol ilə süd verməyə aiddir, amma uşağa başqa yol ilə süd vermək mümkündürsə, məsələn; uşağa süd verməkdə bir neçə qadın iştirak etsə, yaxud əmzik və şüşə qab ilə süd vermək mümkün olsa, bu hökmün sübut olunması işkallıdır.

Mənbə:
Ayətullah Seyid Əli əl-Hüseyni əl-Sistaninin
“İzahlı şəriət hökümləri” adlı kitabı

Xəbər 3511 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +