“Əlillik dərəcəsi almaq üçün 2000 manat istədilər”
Yens Stoltenberq Moskvaya xəbərdarlıq edib
Əvəz Həsənov dəfn edildi - Fotolar
5000 ədəd “Manchester“ müsadirə edildi
Lukaşenko Əliyevə zəng etdi
Nazir beynəlxalq aləmdən dəstək istədi
Polisə müqavimət göstərdi, həbs olundu - Foto
Sərnişin sürücünün başını yardı - Avtobusda dava
Paytaxtda küçə ticarəti qadağan olunur - REYD/Foto
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanılıb


22.10.2021  11:46 

Siyasi partiyaları qeydə almasının səbəbi?





A+  A-

Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb. Bunlar sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət və Anar Əsədlinin sədr olduğu Azərbaycan Yüksəliş partiyalarıdır.

Hər iki partiyanın Ədliyyə Nazirliyindəki qeydiyyatından sonra ən müxtəlif səpkidə müzakirələr açılıb. Buna ilk reaksiya verənlərdən biri REAL partiyasının sədri İlqar Məmmədovdur.

O, Facebook statusuna Rusiya nümunəsi ilə başlayıb: “Rusiya təcrübəsinə baxaq. Orda 2012-ci ilə qədər cəmi 8 siyasi partiya dövlət qeydiyyatına alınmışdısa, təkcə 2012-13-cü illərdə əlavə olaraq 71-i qeydə alındı. Qeydiyyat fəallığı onunla bağlı idi ki, növbəti parlament seçkiləri ərəfəsi hakimiyyət seçki qaydalarını dəyişməyə hazırlaşırdı. Amma bu haqda kiminsə məlumatı yox idi.

Həmin vaxta qədər Rusiyada parlament tam proporsional seçki qaydasında formalaşırdı. Proporsional sistem partiya spektrini bölür, partiyaları xırdalayır, majoritar sistem isə partiyaları ləng də olsa bir araya gətirir və normalda ikipartiyalı sistemlə nəticələnir. Təkcə proporsional sistem olanda, Kreml bu incəliklərə çox da varmırdı, partiya sistemini qeydiyyat dəyənəyi ilə idarə edirdi. Bu isə güclü "qeyri-sistem müxalifəti"nin yaranması və həmin o dəyənəyə qarşı beynəlxlaq tənqidlərin genişliyi ilə nəticələnmişdi. Onda hakimiyyət yarış qaydalarını dəyişməyə qərarlaşdı.

2012-də qeydiyyat tələbi dəyişdirildi, asanlaşdırıldı ki, mümkün qədər çox müxalif partiya yaransın. Amma əsl məqsəd sərbəstlik deyildi, başqa idi: qarışıq sistemə keçəndə majoritar dairələr üzrə partiyaların bir araya gəlməsini çətinləşdimək.

Elə də oldu: 2014-cü ildə Rusiya sırf proporsional seçkidən imtina etdi, qarışıq - yarı-proporsional, yarı-majoritar sistemə keçdi. Amma partiyaların sayı artıq o qədər çox idi ki, növbəti seçkidə onlar majoritar dairələr üzrə bir-birinin səsini yedilər və hakim partiyaya qarşı vahid namizədlə rəqib ola bilmədilər. Belə olan halda, proporsional sistemin parçalama mexanizmi daha da fəal işlədi və hakim partiyanın işini asanlaşdırdı”.

Partiya sədri son illərdə ölkəmizdə partiyaların sürətli şəkildə qeydiyyatını daha çox bununla izah edir: “Azərbaycanda da son zamanlar partiyaların fəal şəkildə qeydə alınması sırf majoritardan qarışıq majoritar-proporsionala keçid gözləntisi yaradır. Proporsional sistem, qeyd elədiyim kimi, spektri bölür. "Elə isə",- hökümət düşünür ki, daha çox partiya qeydə alınmalıdır ki, proporsional qaydada səslər daha da parçalansın, majoritarda isə müxalifətin bir araya gəlməsi daha da çətinləşsin.

Nəticə etibarı ilə hakim partiya hətta çox daha demokratik seçkidə qazana biləcəyi yerlərinin mümkün maksimum sayını özü üçün sığortalayır. Məsələn, 2016-cı ildə Putinin partiyası səslərin cəmi 54 faizini qazansa da, parlament yerlərinin 76 faizinə sahib oldu.

Hər şey çox sadədir. Qalır bircə proporsional sistemin tətbiqi haqda qərarın Azərbaycan hakimiyyəti daxilində yetişməsi və elan edilməsi”.

XezerNews.az

Xəbər 539 dəfə oxunub.




27.11.2021  21:28 

Şəriət nədir?

27.11.2021  16:11 

Lukaşenko Əliyevə zəng etdi

27.11.2021  13:19 

Sabah yaz havası olacaq

27.11.2021  09:17 

Xəzərdə zəlzələ olub - 3.4 bal

27.11.2021  08:52 

Daha bir gənc intihar etdi


BÜTÜN XƏBƏRLƏR +