Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


05.04.2024  12:39 

İran Tavuşda 4 kəndin qaytarılmasına hərbi müdaxilə edə bilər





A+  A-


İran-Ermənistan münasibətləri ən mütəhərrik dövrünü yaşayır. Bir neçə dəfə İranla Ermənistanın münasibətləri dəyişib. Ermənistanın İranla əlaqələrə münasibəti sabitdir. Ermənistan düşünür ki, İran o qədər qatı anti-Azərbaycan, anti-türkdür, Ermənistan İranı alət kimi əlində istənilən anda Azərbaycana “çırpa” bilər. Bütün atdığı addımlar da buna hesablanıb. İranın Ermənistandan umacaqları çoxdur. Qərb qüvvələri ilə əməkdaşlıq etməməlidir. Yerevan İran ordusunun Ermənistanın ərazisinə girməsinə icazə verməlidir. Ay ərzində bu mövzuda mövqe 4 dəfə təkrarlanıb. İran Qərb və NATO qüvvələri ilə Ermənistanın əlaqələrinə neqativ münasibət göstərib. Sonradan bu neqativ münasibəti sərtləşdirdi. Az keçmiş mövqeyini dəyişdi, yenidən yumşaltdı. Ayın sonlarında bəlli oldu ki, yenidən Qərbin hərbi qüvvələrinin Ermənistan ərazisində yerləşməsini özü üçün təhlükə kimi görür.

İran Tavuşda 4 kəndin qaytarılmasına hərbi müdaxilə edə bilər. Tavuş əhalisi adından İrana müraciət təşkil oluna bilər. Azərbaycan ordusu mümkün qədər tez nəinki 4 kənd, əlavə də bir neçə kəndi götürsə bu faydamızadır. Həm də daha böyük hərbi əməliyyatlardan qaçmaq olar.

Sepahın carçısı, iranşünas, Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan mətbuatda aktiv oldu. Onun bu mətbuat aktivliyi İrandan dərhal qayıtdıqdan sonra baş verməsi ilə diqqət çəkir. İran dəvət etmişdi və görünür bu fikirləri başa salıblar, o da həmin fikirləri çatdırdı.

Tavuşun 4 kəndinin Azərbaycan üçün tarixi, mədəni, iqtisadi və başqa əhəmiyyəti yoxdur. Yalnız bir tapşırığı var; O da İran-Ermənistan-Gürcüstan-Rusiya yolunu kəsmək və yaxud çətinləşdirməkdir. Bununla eyni vaxtda isə V.Voskanyan İran Ermənistanın Qərblə əlaqələrinin əleyhinə deyil. Sadəcə Ermənistana gələn Qərb İran-Ermənistan əlaqələrinə maneçilik törətməsin. Bu, Ermənistan istiqamətində İranın artıq yeni mövqeyidir. İran NATO ya da üzv ola bilər, təki Azərbaycan əziyyət çəksin.

“Türkiyənin Cənubi Qafqazda iştirakı İranın maraqlarına cavab verə bilməz” fikri də yeni deyil; Təhlükəsizlik mövzusunda İranla Ermənistanın maraqlarının üst-üstə düşdüyünü yada saldı. İran Ermənistanla əlaqələri müxtəlif sahələrdə, xüsusilə təhlükəsizlik sahəsində genişləndirməyə hazır olduğunu bir daha yada saldı. Az öncə İranın Müdafiə naziri İranla Ermənistanla müxtəlif söhbətlər aparıldığını bildirdi.

V.Voskanyanın bu fikri indi yada salması Azərbaycanın Tavuşdakı 4 kənd tələbini ortalığa qoymasına N.Paşinyanın verdiyi reaksiya olub. İran əvvəlcə bu mövzunu düzgün başa düşmədi. Belə təqdim etdilər ki, N.Paşinyan bu kəndlərin Azərbaycana məxsus olmadığını bildirir. Sonradan başa düşdülər ki, N.Paşinyan bu 4 kəndi vermək istəyir, hətta kənd əhalisi ilə görüşüb kəndlərin verilməyəcəyi təqdirdə müharibənin olacağı ilə onları qorxudur. Məhz V.Voskanyanın İrana dəvəti və qayıtdıqdan sonra bu bəyanatı verməsi də bununla əlaqəlidir.

İran Tavuş rayonunda kəndlərin Azərbaycana verilməsinə maneçilik etməkdən ötrü Ermənistana hərbi kömək edə bilər. Hüsseyn Puyanın 8 gün əvvəl “İran tək Sünikdə deyil, Ermənistanın bütün sərhəd problemlərində də hərbi yolla dəstək verməyə hazır olduğu” dediklərini də nəzərə alsaq mənzərə aydınlaşır.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi
Mübariz Əhmədoğlu



Xəbər 1722 dəfə oxunub.




23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +