Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.02.2021  12:28 

Qanunsuz ov edən şəxslər cəzalandırıldı





A+  A-

Bakı şəhəri və Neftçala rayonunun Xəzər dənizi sahillərində, Şəmkir su anbarında, Kür çayında, Ağcabədi rayonunun daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib:

“Araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Arif İskəndərov, Neftçala rayon sakinləri Rövşən Sultanov, Zamin Nağıyev, Elvin Quliyev, Murad Məmmədov, Zahid Əhmədov və Tağı Tağıyev olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov qeyd edib ki, Azərbaycan Balıqçılar İttifaqı və könüllülərin dəstəyi ilə Mingəçevir su anbarı, Baş Şirvan Kollektoru, Biləsuvar rayonu ərazisindəki daxili su hövzələrində də tədbirlər keçirilib və ümumilikdə 1800 metrdən artıq sintetik tor və digər qanunsuz ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, qanunsuz balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovuna cəhd edən Ağcabədi rayon sakini Elşad Mirzəyev və Bakı şəhər sakini Azər Quliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

Xəbər 3758 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +