AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


20.04.2024  17:17 

Nazir Nyu-Yorkda azərbaycanlı gənclərlə görüşdü - FOTO





A+  A-

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Nyu-York şəhərində (ABŞ) azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü təşkil edib.

Xəzərnews.az ASAP-a istinadən xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qaibov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev altı ştatdan 50-yə yaxın gəncin iştirak etdiyi şam yeməyində azərbaycanlı gənclərlə görüşüb.

Gənclərin cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan azərbaycanlı gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib.

Nazir bildirib ki, Azərbaycanı ABŞ-da yüksək səviyyədə təmsil edən, üçrəngli bayrağımızı beynəlxalq arenada dalğalandıran gənclərin uğurlarını yaxından izləyir.

Ülvi Mehdiyev gənclərlə iş sahəsində innovativ yanaşmanın əhəmiyyətindən və sosial innovasiyalarda gənclərin innovativ ideyalarının stimullaşdırılmasına yönəlmiş fəaliyyətlərin əhəmiyyətindən danışıb.

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Rafael Hacıbəyli ölkəmizi ABŞ-da təmsil edən azərbaycanlı gənclərin inkişafı, gənclər siyasətinə dövlət dəstəyi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.

Şəbəkələşmə görüşü zamanı iştirakçılar bir-biri ilə tanış olmaq və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər.

Gənclərin nümayəndələri Prezident İlham Əliyevin gənclər siyasətindən danışıblar.

Görüşdə həmçinin gənclərin təlim zamanı qarşılaşdıqları çətinliklərdən danışılıb, ASAP tərəfindən həyata keçirilən layihələr müzakirə edilib, gənclərin təklifləri dinlənilib.

İştirakçılara Gənclər və İdman Nazirliyinin, eləcə də Gənclər Fondunun yaratdığı imkanlar barədə məlumat verilib.







Xəbər 2577 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +