BMT-nin Baş katibindən ÇAĞIRIŞ
Hərbi vəziyyət elan olundu
Murov zirvəsi azad olundu
Baş Prokurorluq daha bir məlumat yaydı
Yoluxanların sayı ilə bağlı AÇIQLAMA
MTRŞ televiziyalara tövsiyələr verib
Sabaha olan hava proqnozu
Ermənilərin yaraladığı mülki vətəndaşım
Müdafiə Nazirliyində yeni təyinat
Bakıda 553 küçə dezinfeksiya edildi


11.08.2020  15:09 

Bakıda ata 2 yaşlı körpəsini bıçaqladı





A+  A-

Baş Prokurorluq 2 yaşlı oğlunu bıçaqlayan ata ilə bağlı məlumat yayıb.
XəzərNews.az-a daxil olan açıqlamada qeyd edilir ki, avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.

Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.

Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.



Xəbər 777 dəfə oxunub.



28.09.2020  00:26 

BMT-nin Baş katibindən ÇAĞIRIŞ

27.09.2020  18:45 

Hərbi vəziyyət elan olundu

27.09.2020  18:36 

Murov zirvəsi azad olundu

27.09.2020  14:27 

Bu ərazilər azad edildi

27.09.2020  11:46 

Sabaha olan hava proqnozu


BÜTÜN XƏBƏRLƏR +