Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.03.2024  19:21 

Nicat Əkbərovun məhkəməsi yekunlaşıb





A+  A-

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı N.Əkbərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hökm elan olunub. Hökmə əsasən, Nicat Əkbərov 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ( külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində ittiham olunub.

Xatırladaq ki, Nicat Əkbərov digər cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Belə ki, bu ilin martında paytaxtın Nəsimi rayonu ərazisində Nicat Lənkəranskiyə qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı./report


Xəbər 11637 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +