Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.12.2019  14:19 

Neft Daşlarında dalğanın hündürlüyü 3,8 metrə çatıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki havanı açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən “XəzərNews.az-a verilən məlumata görə, 2 dekabr saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində səhər saatlarından başlayaraq hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə ( Şahdağ, Qırız) qar yağıb. Şimal qərb küləyi arabir Naftalanda 38 m/s, Bakıda 34 m/s, Daşkəsən, Pirallahı, Mingəçevirdə 26 m/s, Maştağa, Tərtərdə 25 m/s, Xınalıqda 24 m/s, Nabranda 20 m/s, Bərdədə 18 m/s, Xaçmazda 16 m/s, Şəmkirdə 15 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Sarıbaş (Qax), Xınalıq, Gədəbəy, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 3-ü səhərədək davam edəcək. Dekabrın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək.

Xəbər 3230 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +