AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


27.04.2024  18:16 

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” təqdim edilib





A+  A-

“Nəfəs” İctimai Birliyi və “Azərbaycanın Dostları Təşkilatı”nın dəstəyi ilə filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyevin “İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib. “Huner Group”un baş ofisində baş tutan kitab təqdimatında “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Azərbaycanın Dostları Təşkilatı”nın rəhbəri Billurə Bayramova– Bernard, filologiya elmləri doktorları, professorlar Seyfəddin Rzasoy və Asif Hacıyev, Əməkdar müəllim Cəfər Bağırov, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Azərbaycan Diasporuna Dəstək Fondunun direktoru Əkrəm Abdullayev, Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə, Folklor İnstitutunun əməkdaşları, “Lahıc” folklor qrupunun üzvləri, regionda yaşayan azsaylı xalqların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kitab müəllifin ilk monoqrafiyasıdır. Monoqrafiya İsmayıllı etnomühitində özlərinə layiqli yer tutmuş və milli–mədəni kimliklərini qoruyan azsaylı xalqların – lahıc, ləzgi, hapıt, molokan və etnoqrafik qrupun – Axıska türklərinin folklor ənənələrinin araşdırlmasına həsr olunub. Monoqrafiyada hər bir nümunə qeydə alındığı dildə, ehtiyac duyulduğu məqamda isə tərcüməsi ilə təqdim edilib.Tədqiqat işində həm də azsaylı xalqların folklarındakı bilinqvizm dil mühiti səciyyələndirilmişdir. Tədqiqatçı mövzunun öyrənilmə dərəcəsini konkret materiallarla aydınlaşdırmış və problemin monoqrafik həllinə nail ola bilmişdir.

Layihə rəhbəri akademik Muxtar İmanov olan kitabın ön sözünün müəllifləri filologiya elmləri doktorları, professorlar Asif Hacıyev və Mayıl Əsgərov, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlidir.

Kitab Anqolada yaşayan azərbaycanlı Billurə və fransız Antuan Bernard cütlüyünün maliyə dəstəyi ilə işıq üzü görüb.

Qeyd edək ki, bugünkü təqdimat Billurə Bayramova–Bernardın azərbaycanda dəstək göstərdiyi ilk iş deyil. Həyat yoldaşı fransız Antuanla Azərbaycanda neft sahəsində mühəndis işlədiyi zaman tanış olub ailə qurublar. Ailə Qazaxıstanda, Fransada, daha sonra Nigeriyada işləyib və yaşayıb. 9 il Nigeriya həyatından sonra 2 ildir ki, Anqolaya köçüblər. Ailə öz büdcəsi hesabına lobbiçilik edir və Azərbaycanın dünyada tanıdılması ilə bağlı Nigeriyada təsis etdikləri “Azərbaycanın Dostları Təşkilatı”nı maliyələşdirir və Anqolada, eləcə də Azərbaycanda layihələr həyata keçirirlər.





Xəbər 3716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +