Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


06.09.2021  11:42 

Sinir - Psixoloji cinsi zəiflik





A+  A-

Sinir-psixoloji cinsi zəiflik 21 ci əsrdə cinsi zəifliyin ən çox yayılmış formasıdır. Bu problem ən çox gənc və orta yaşlı kişilərdə müşahidə edilir.Öncə cinsi zəiflik haqqında daha ətraflı danışaq.
Cinsi zəiflik (erektil disfunksiya)dedikdə,kişinin tam dəyərli,yaşına müvafiq olan cinsi fəaliyyət aktını həyata keçirə bilməməsi nəzərdə tutulur.Lakin bəzən pasientlər bununla razılaşmirlar.Onlar bilmək istəyirlər ki,normal cinsi əlaqə necə olmalıdır,həftədə və ayda neçə dəfə olmalıdır,cinsi əlaqə neçə dəqiqə davam etməlidir,onun müalicəyə ehtiyacı varmı?Müalıcə olunmasa nə baş verə bilər,müalicənin müddəti,xərci nə qədərdir?Onları bu kimi suallar düşündürür və onlar bütün günü bu haqda düşünərək bu suallara cavab axtarırlar.Bu kimi hallar daha çox sinir-psixoloji cinsi zəifliyi olan insanlarda müşahidə edilir.

Cinsi zəiflik dedikdə nə başa düşülür?

Kişi və qadının cinsi əlaqədən təkrar-təkrar razı qalmaması cinsi zəiflik adlanır.
Bu zaman ən çox rast gəlinən hallar aşğıdakılar ola bilər:

1.Həvəsin olmaması:Cinsi zəifliyin bu forması bütün yaşlarda rast gəlinir.Cinsi əlaqə üçün həvəsin-istəyin olmamsı ” libido”adlanır və bu psixoanalitik termin ilk dəfə alman alimi Ziqmund Freyd tərəfindən elmi cəhətdən şərh olunmuşdur.Daha dəqiq desək “libido”cinsi əlaqə instinkti kimi də başa düşülə bilər.

2.Erektil impotensiya:Cinsiyyət üzvünün bərkiməməsi ilə bağlı cinsi zəiflik.Bu zaman kişi cinsiyyət üzvünün qadın cisiyyət üzvünə-vaginaya daxil edilə bilməməsi nəzərdə tutulur.

3.Erkən boşalma:Bu zaman cinsiyyət üzvünün vaginaya daxil olması baş versə də,cinsi əlaqə 2-3 dəqiqədən az çəkir.Əgər kişi cinsiyyət üzvünün vaginaya daxil olmazdan əvvəl boşalma baş verərsə,bu da erkən boşalma hesab edilir.

4.Eyakulyasiyanın olmaması:Bu zaman söhbət kişinin cinsi aktının eyakulat (prostat vəzi şirəsi,sperma)olmadan bitməsindən gedir.

Sinir-psixoloji cinsi zəifliyi olan kişilərin ən çox verdiyi sual:Noramal cinsi əlaqə üçün hansı şərtlər lazımdır?

Cavab:


1.Sağlam koordinasiyası olan beyin fəaliyyəti.
2.Elastik qan-damar təchizi.
3.Tam həcmli funksiya göstərən sinir şəbəkəsi.
4.Sağlam hormonal sistem.

Beləliklə insanın 5 duyğu üzvü tərəfindən yaranan erotik stimulyasiya nəticəsində-damarların qanla dolması,cinsiyyət üzvünün bərkiməsi-ereksiya baş verir.Bu zaman sinir sistemi çanaq orqanlarına göndərilən impulslara cavab-reaksiya verir.
Kişilərdə cinsi zəifliyi səbəbərini öyrənən və uzun müddət bu insanları nəzarətdə saxlayan Avropa və Amerikanın elmi-tədqiqat institutları bu nəticəyə gəliblər ki,cinsi zəiflik xəstəlik deyil,simptomdur.Əksər hallarda bu,orqanizmdə baş verən ciddi bir prosesin ilkin əlaməti ola bilər. Məsələn, ateroskleroz, diabet, nevroz, nevrasteniya, psixoloji problemlər.

Beləliklə cinsi zəifliyə səbəb olan hallar 2 növə bölünür:

1.Sinir-Psixoloji səbəblər.
2.Üzvi(orqanizmdə müxtəlif xəstəliklərin səbəbbindən)səbəblər.
Cinsi zəifliyin sinir-psixoloji səbəbləri aşağıdakılardır:
Psixogen mənşəli cinsi zəiflik üzvi mənşəli psixi poğunluqlar nəticəsində yaranır.Bu zaman erektil disfunksiya ağır psixi xəstəliklər nəticəsində və ya depressiya ilə əlaqədar ola bilər.Psixogen seksual disfunksiyanın növləri mövcud şərait,psixoloji travma,cinsi partnyorla əlaqədar ola bilər.
Cinsi funksiyanın icra olunması üçün şərait mühüm əhəmiyyət kəsb edir.Belə ki,aprılan araşdırmalar ğöstərir ki,məhz sinir sistemi həssas olan(sinir-psixoloji problemli)kişilərdə cinsi əlaqə zamanı kənar səs,qapı döyülməsı,telefon zəngi və s.kimi hallar cinsi funksiyanın-ereksiyanın sönməsinə hətta tamamilə icra edilə bilinməməsinə gətirib çıxarda bilər.
Psixogen mənşəli erektil disfunksiya adi qoruyucunun(prezervativ)cinsiyyət üzvünə taxılması zamanı da baş verə bilər.Burada stres,gərginlik kimi hallar ön planda dayanır.

Psixoloji travma nəticəsində yaranan cinsi zəiflik, əsasən keçmişdə cinsi həyatı ilə bağlı xatirələr və uğursuzluqla əlaqədar olur.Bura həmçinin partnyorun seksual münasibətdən narazı olması,cinsi yolla keçən infeksiyalara yoluxmaq qorxusu,cinsi aktın tez bitməsi ilə bağlı narahatçılıq və s.aiddir.
Sini-psixoloji cinsi zəiflik zamanı partnyor-əks cinsin nümayəndəsi ilə olan şəxsi münasibətlər ön planda dyanır.Belə ki,partnyorlar arasında olan tez-tez konfliktlər,soyuqluq,inamsızlıq,aqressiya da sonda sinir-psixoloji cinsi zəifliyə səbəb ola bilər.

Çox vaxt problemin yaranmasında özünə inmasızlıq, “ereksiya yaranacaqmı,sona qədər çatdıra biləcəkmi,partnyoru razı qalacaqmı” kimi şübhə,qorxu,həyəcan sinir-psixoloji cinsi zəifliyin əsasını təşkil edir.
Sinir-Psixoloji cinsi zəifliyin müalicəsi:Farmakoterapiya və Psixoterapianın köməyi ilə aparılır.Burada hər bir xəstənin sinir-psixoloji durumuna uyğun müalicə taktikası seçilir və müvafiq dərman,psixoterapevtik müalicə kursu təyin edilir.
Nəticə:Sinir-Psixoloji cinsi zəiflik təcrübəli və professional həkim-androloqun köməyi ilə uğurla müalicə olunur.

Dr. Azər Mirzəyev,
Həkim Androloq-Dermatoveneroloq

Əlaqə üçün:

Telefon: 050 3113688
Veb sayt: www.doctorazer.com
YouTube: Androloq Azər Mirzəyev
Instagram: dr.azer_mirzoev


Xəbər 8268 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +