Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


22.09.2021  18:30 

Üzümün faydaları





A+  A-

Yay aylarının vazkeçilməz meyvəsi olan üzümün bir çox faydaları vardır. Başda kalium, sodyum, fosfor, maqnezium, xüsusilə K, C, A və B vitamin-minerallarla zəngin meyvə olan üzümün ən önəmli xüsusiyyəti güclü antioksidan təsirli olmasıdır. Bu isə o deməkdir ki, üzüm başda xərçəng olmaqla, bir çox xəstəlik riskini azaldır.

XəzərNews.az medicina.az-a istinadən üzümün faydalarını təqdim edir:

Mütəxəssislər bildirilər ki, üzümün faydası ən çox qabığı və çiyidindədir. Buna görə də yeyərkən çiyidini çıxartmayın, qabığını soymayın. Bir kiçik kasa üzüm 100 kalori və 25 qram karbohidratdır. Gündə kiçik bir kasa yemək kifayətdir. Karbohidrat tərkibi yüksək olduğu üçün xüsusən diabet xəstələri diqqətli olmalıdırlar.

COVID-19-a qarşı bədən müqavimətini artırır

Xüsusən C vitamini və antioksidan tərkibi ilə immun sistemini gücləndirir. Beləliklə, günümüzün bəlası koronavirus olmaqla, bir çox infeksiyalara qarşı bədənin müqavimətini artırır.

Ürək sağlamlığı üçün önəmlidir

Üzüm ürək sağlamlığını qoruyan ən önəmli meyvələrdən biridir.
Aparılan araşdırmalara görə, özəlliklə qırmızı üzüm xolestrolu aşağı salmaqda təsirlidir.

Xərçəngə qarşı qoruyur

Xüsusilə çiyidi ilə birlikdə yeyildikdə tərkibindəki zəngin resveratrol sayəsində xərçəng hüceyrələrinin qarşısını alır.

Yaşlanmanı gecikdirir

Mütəxəssislər bildirirlər ki, üzüm qocalmanın qarşısını alır. Həmçinin, hüceyrələri yeniləyərək dərimizin daha cavan görünməsinə kömək edir.

Pəhriz siyahılarında şirniyyat üçün uğurlu alternativdir

Həkimlərin fikrincə, üzün çəki verməyə də kömək edir. Çünki üzüm yarısı su olan şəkərli və lifli bir meyvədir. Təbii meyvə şəkəri olması və tərkibindəki antioksidanlar sayəsində bədəndəki iltihabı azaldan təsiri ilə arıqlamağa da kömək edir.

Göz sağlamlığında təsirlidir

Üzümün göz sağlamlığını qorumasına dair bir çox çalışma var.

Qan təzyiqini aşağı salır

Aparılan araşdırmalara görə, üzüm qan təzyiqini aşağı salır və infark riskini azaldır.

Qəbzliyin qarşısını alır

Üzüm mütəmadi olaraq yeyildiyi zaman bol lifli tərkibi ilə qəbzliyin qarşısını alır. Bu da bağırsaq xərçəngi riskinin qarşısını alır.

Xəbər 5589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +