Bu ərazilərdə qaz olmayacaq
10-cu sinif şagirdi itkin düşdü
Qatarlara bilet satışında dəyişiklik EDİLDİ
Müayinə üçün gəldiyi klinikada öldü
Sağlamlıq üçün ən faydalı idman növü açıqlandı
Tramp ilkə imza atacaq
Gəncədə poliklinikada yanğın
Uxanlılara şəhərdən çıxmaq qadağan edildi
Nazirlik əhalini ehtiyatlı olmağa çağırdı
Qəbul imtahanlarının vaxtı açıqlandı


29.11.2019  11:32 

“İcra başçısı torpağımızı qanunsuz olaraq Hacı İbrahimə verib”





A+  A-

100 milyardlıq “Xəzər adaları” layihəsi üçün gündəmə gələn, sonra Beynəlxalq Bank” işi ilə bağlı işləri dolaşığa düşən və saxlanılaraq “Bandotdel”də ifadə verən iş adamı Hacı İbrahim Nehrəmli qoyunçuluq biznesinə başlayıb. Lakin kənd təsərrüfatında da biznesmenin işləri qaydasında getmir. Bu dəfə o, kəndlilərin torpağını əlindən almaqda ittiham olunur.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Saatlı rayon sakini Validə Məmmədova bildirib ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Gülhüseyn Əhmədovun 2000 və 2003-cü il tarixli sərəncamları ilə ailə kəndli təsərrüfatı ilə məşğul olmaq üçün ona 30 hektar torpaq sahəsi ayrılıb: “O vaxtdan bəri mən burada qoyun və inək saxlayıram. 2009-cu ildə rayona yeni təyin olunan başçısı Siracəddin Cabbarov mənimlə həmin torpaq sahəsinin 15 il müddətinə istifadə edilməsi ilə bağlı icarə müqaviləsi bağladı. Lakin Siracəddin Cabbarov 2018-ci ildə torpağı qanunsuz olaraq İbrahim Nehrəmliyə verib. O da bir müddət sonra mənə verilən torpağın qonşuluğunda “Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikdi. İbrahim Nehrəmli hər həftə sonu bura gəlib bizə ərazidən çıxmağımızı tələb edir. Biz bundan sonra məhkəməyə müraciət etdik və Şirvan İnzibati-iqtisadi Məhkəməsi bizim xeyrimizə qərar çıxardı.

Amma Nehrəmli İbrahimin Şirvan Apellyasiya Məhkəməsinə göstərdiyi təsirdən sonra, kəndliləri məhkəmə iclasına çağırılmadan milyonçunun xeyrinə qərar qəbul etdilər”.

Məhkəmə materiallarından görünür ki, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. Hacı İbrahim məhkəməyə müraciət edərək kəndlilərin onun torpaq sahəsində mal-heyvan otardıqları üçün ona 10 min manata yaxın ziyan vurduqlarını bildirib. Həmçinin, bu işə görə ona mənəvi zərər dəydiyini idda edərək 9396 manat otlaq pulu, 50 min isə mənəvi zərərə görə kəndlilərdən pul istəyib. Həmçinin 2000-ci ildən bəri qoyunçuluqla məşğul olan kəndlilərin o torpaq sahəsindən çıxarılmasını istəyib.

Məhkəmə gedişatında məlum olub ki, İ.Nehrəmli Saatlıda 3 min baş qoyun saxlayır.

V.Məmmədova əlində sənədləri olduğu halda qanunsuz olaraq torpaq sahəsindən çıxarılmaq istədiyini və bu barədə məhkəməyə İ.Nehrəmlinin əlaqələri vasitəsilə təsir etdiyini iddia edib. 78 yaşlı Validə Məmmədova Ali Məhkəmənin ədalətli qərar verməsini istədiyini bildirib.






Xəbər 698 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2020  10:45 

Bu ərazilərdə qaz olmayacaq

23.01.2020  10:32 

10-cu sinif şagirdi itkin düşdü

23.01.2020  09:36 

Tramp ilkə imza atacaq

23.01.2020  09:14 

Gəncədə poliklinikada yanğın

22.01.2020  12:54 

Bu yerlərdə su olmayacaq

22.01.2020  12:08 

“Neftçi”də yeni məşqçi

22.01.2020  10:25 

13 yaşlı oğlan itkin düşdü


BÜTÜN XƏBƏRLƏR +