“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


19.08.2019  15:23 

Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ





A+  A-

Son günlərdə Naxçıvan və Qazaxda cəbhə xəttində gərginlik artıb. Lakin Qarabağda hazırda nisbi sakitlikdir. Ermənilərin işğalda olan torpaqlarımızla yanaşı, Qarabağdan kənarda yerləşən Qazax-Ağstafa rayonları və Naxçıvan istiqamətində atəşkəsin intensiv pozması nə ilə bağlıdır?
XəzərNews.az bildirir ki, mövzuyla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a açıqlama verib.

“Qarabağda müvəqqəti sakitçilik ola bilər. Hər istiqamətdə atəşkəs pozulur, bəzən gərginləşir. Atışmalar bəzən Qarabağ istiqamətində olur, bəzən Tovuz-Qazax, bəzən də Naxçıvan istiqamətində. Demək olmaz ki, sadəcə bir istiqamətdə atəşkəs pozulur. Səbəb cəbhənin uzunluğunun böyük olması və hər iki tərəfin öz maraqlarından çıxış edərək, istənilən istiqamətdə öz hərbi əməliyyatlarını həyata keçirməyə çalışmasındadır”.

Elxan Şahinoğlu bildirib ki, Azərbaycan ordusunun Qazax istiqamətində əldə etdiyi uğur Ermənistan tərəfini ciddi narahat edir.

“Məhz buna görə də həmrəylik haqqında düşünürlər və bu həmrəyliyi Naxçıvan və Qazax istiqamətində etməyə çalışırlar. Lakin əldə etdikləri elə bir uğur yoxdur. Əksinə, Azərbaycanın 3 ildə əldə etdiyi ən azı 3 uğuru var - aprel döyüşlərində (2016-cı ildə) Lələtəpə yüksəkliyi azad edildi, keçən il Naxçıvanda Günnüt kəni ətrafındakı əraziləri azad etdik və bir neçə gün öncə də Qazaxda vacib strateji 4 təpəni azad etdik. Addım-addım bizim ordumuz müəyyən uğurlar əldə edir. Bunu da həzm etməyə çətinlik çəkən Ermənistan tərəfi əks həmlələr etmək məcburiyyətindədir. Çünki etməsələr, cəmiyyətin qarşısında bunun izahını verə bilməyəcəklər. Amma əldə etdikləri elə bir uğur yoxdur. Düzdür, bizim bir neçə əsgərimizi şəhid edə bilərlər, amma ərazi cəhətdən əldə etdikləri elə bir uğur yoxdur. Düşünürəm ki, biz özümüz düşmənə qarşı təzyiqi artırmalıyıq”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi təhlilçi Üzeyir Cəfərov ermənilərin bu addımını gözlənilən hesab edib.

“Azərbaycan ordusu tərəfindən ermənilərin təxribatının qarşısı alındığına görə, düşmən məhz Qazax və Naxçıvan istiqamətində fəallaşıb. Naxçıvanda bir əsgərimizi yaralayıblar, amma başqa heç bir ciddi problem yoxdur. Demək olar ki, həmişə rast gəldiyimiz mənzərədir, narahatçılığa əsas yoxdur”.

Üzeyir Cəfərov bildirib ki, ermənilər bundan əvvəl “özününkilər”i sakitləşdirmək üçün demişdi ki, 157 hektar ərazi alıblar:

“Yalandı, uydururlar, eybi yox, qoy uydursunlar, amma Azərbaycan əsgərləri vəziyyətə nəzarət edirlər, narahatçılığa gərək yoxdur. Qazax istiqamətində onların uğursuzluqları oldu, ona görə də indi əsəbidirlər, qıcıqlıdılar. Lakin Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin əsgərləri vəziyyətə tam şəkildə nəzarət edirlər, narahat olmağa əsas yoxdur”.

Xəbər 941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +