Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.07.2019  10:43 

Goranboyda polis niyə döyülüb? - Silahlı insidentin təfərrüatı





A+  A-

Goranboy rayonunda dünən baş verən silahlı insidentin səbəbi məlum olub.
XəzərNews.az xəbər verir ki, “Qafqazinfo” hadisənin necə baş verməsinin detallarını öyrənib. Belə ki, içkili vəziyyətdə olan bir qrup vətəndaş ictimai yerdə toplaşaraq ucadan danışıb, söyüş söyürmüşlər. Bu zaman sahə müvəkkili, polis leytenantı Vüsal Kərimov və mühafizə polisi əməkdaşı Səfər Həsənov onlara yaxınlaşaraq intizamlı davranmağı bildiriblər. Sərxoş gənclər isə polislərlə mübahisə ediblər, sonda isə bu davaya səbəb olub.

Vətəndaşlar polisi və mühafizəçini döyməyə başlayıblar. Bir neçə nəfər tərəfindən döyülən leytenant Kərimov xidməti silahından havaya atəş açaraq onları özündən uzaqlaşdırmağa çalışıb. Bu zaman güllə V.Kərimovu döyənlərdən biri - Təbriz Əmrahovun sol gözündən dəyib. Daha sonra vətəndaşlar silahı polisin əlindən alaraq tapançanın qundağı ilə V.Kərimovun başına dəfələrlə vurublar. Mühafizəçi Səfər Həsənov da döyülmə nəticəsində xəsarət alıb. T.Əmrahov və iki polis əməkdaşı hazırda xəstəxanada müalicə olunurlar.

Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər 3092 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +