Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


24.06.2019  11:28 

Uşaq pullarının bərpası ilə bağlı son xəbər





A+  A-

Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manata olacaq. İyunun 18-də Prezident İlham Əliyev bununla ilə bağlı sərəncam imzalayıb. Amma dəfələrlə Milli Məclisdə bəzi deputatlar və müstəqil ekspretlər aylıq uşaq müavinətlərin verilməsinin bərpasını gündəmə gətirsələr də, bu barədə hər hansı yenilik yoxdur.
XəzərNews.az xəbər verir ki, deputat Vahid Əhmədov "Azadlıq Radiosu”na uşaq pullarının bərpasının gündəmdə olduğunu bildirib:

"Bərpanın necə qəbul ediləcəyi, yaxud hansı sistem əsasında götürüləcəyi hesablamalardan asılıdır”.

Vahid Əhmədov onlara uşaq pullarının bərpası haqqında müraciətlərin olduğunu və qanunverici orqanda məsələni qaldırdıqlarını xatırladır:

"Bizə aylıq uşaq pullarının bərpa edilməsi barədə müraciət edirlər. Səhv etmirəmsə, yanvar yaxud fevralda Prezident doğulan uşaqlara birdəfəlik yardımın artırılması haqqında sərəncam imzaladı ( Bu il aprelin 1-dən həmin birdəfəlik məbləğ təqribən 2 dəfə artırılaraq 200 manata çatdırılıb - red). Biz bunun da az olduğunu düşünürük, uşaqların ehtiyacını qarşılamaq, sağlam böyüməsi üçün uşaq pulunu bərpa etmək lazımdır. Amma neçə yaşa qədər uşaq pulu verilməlidir, o artıq prosedur məsələlər olduğundan, müzakirə edilməlidir. Bir daha deyirəm, biz uşaq pullarının bərpasının tərəfdarıyıq”.

Deputat güman edir ki, hökumətdə bununla bağlı müəyyən təcrübələr öyrənilir:

"Eyni zamanda, iqtisadi tərəfinə baxılır ki, bunun üçün nə qədər məbləğə ehtiyac var. Yəni, məsələ gündəmdədir”

Vahid Əhmədov daha sonra isə "Hər hansı ölkənin təcrübəsinin tətbiqinin tərəfdarı olmamışam. Azərbaycan müstəqil dövlətdir, əgər insanların bu tələbatı varsa, uşaqların normal, sağlam böyüməsini istəyiriksə, bunu etmək lazımdır”.

Qeyd edək ki, İlham Əliyevin son qərarı ilə müəllimlərin 20, bəzi güc orqanlarında çalışanların 40, Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin isə maaşları 50 faiz artırılıb. Minimum əməkhaqqı, müavinət və təqaüdlər isə sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.

Xəbər 3813 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +