Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


08.12.2025  18:28 

İş adamı dələduzluqla üzləşib- FOTO





A+  A-

İş adamı, "Shark Logistics” MMC-nin direktoru Amid İbadov dələduzluqla üzləşib.

XəzərNews.az xəbər verir ki, ona qarşı dələduzluq əməlini elə öz həmyerlisi törədib.

Amid İbadov Masallının Ərkivan qəsəbəsində qardaşının mülkiyyətində olduğu torpaq sahəsində "TIR parkı" tikmək istəyirmiş. Bundan xəbər tutuan həmyerlisi bu məsələdə ona yardım edəcəyini deyib. İş adamının həmyerlisi iddia edib ki, "TIR parkı"nın tikintisi üçün Masallı Rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə ala bilər.

Amid İbadov onunla razılaşıb. Həmyerlisi adıçəkilən qurumların icazəsi üçün iş adamından hissə-hissə olmaqla 48 976 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Nəticədə qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib.

Amid İbadovun şikayəti əsasında saxlanlınan həmyerlisinə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsili bilməyib. O, həmçinin qeyd edib ki, ailəsi hazırda dəymiş ziyanı ödəyir.

Bununla belə, məhkəmə onu cəzalandırıb. Təqsirləndirilən şəxsə 2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onun həbsdə saxlanılıdğı 6 ay 4 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 7 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.//Qaynarinfo.az


Xəbər 435 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +