Daha 534 nəfər koronavirusa yoluxdu
5 mindən çox obyektdə pozuntu aşkarlandı
Azərbaycan XİN ABŞ-ı təbrik etdi
Türkiyədə lunaparklar açılır
Qardaş qardaşı boğazından bıçaqladı
Neft yenə ucuzlaşır
3158 maşın postlardan geri qaytarıldı
30-39 yaş arası yoluxanların sayı artıb
İcazələrin alınması sistemində yenilik
“Karantin rejimini davam etdirməliyik”


23.03.2019  15:53 

Ağcabədidə narkotik satan dəstə tutuldu





A+  A-

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Ağcabədi rayon Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyev mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olan məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq A.Tapdıqovun və Y.Hüsüyevin yaşadığı ünvana baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada çəkisi 200 qrama yaxın və 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd 7.62 kalibrli avtomat və 1 ədəd kustar üsulla hazırlanmış 16 kalibrli tüfəng gülləsi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır.

Xəbər 241 dəfə oxunub.



04.07.2020  15:48 

Türkiyədə lunaparklar açılır

04.07.2020  15:09 

Sabah 38 dərəcə isti olacaq

04.07.2020  11:19 

Neft yenə ucuzlaşır

03.07.2020  13:50 

Messi “Barselona”dan ayrılır


BÜTÜN XƏBƏRLƏR +