Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


24.12.2018  17:21 

İcra Hakimiyyəti bağçalara xəbərdarlıq etdi





A+  A-

Xəbər verdiyimiz kimi, ötən həftə Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində ərzaq təminatına nəzarətin artırılması və bununla bağlı görülən işlərə dair yaymışdı.
XəzərNews.az xəbər verir ki, Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsindən alınan məlumatda bildirilir ki, idarənin tabeliyində olan müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və ərzaqla bağlı daxıl olan hər bir müraciət ciddi şəkildə araşdırılır. Elə ötən həftə bağçalara verilən ərzağın keyfiyyəti ilə bağlı daxil olmuş məlumat da dərhal Bakı Şəhər İcra Hakimiyyətində təşkil olunmuş Komissiya tərəfindən yerində araşdırılmış, keyfiyyəti şübhə doğuran ərzaqlarin geri qaytarılaraq yeniləri ilə əvəz olunması təmin edilmişdir. İdarədən bildirilmişdir ki, bağçalara köhnə, keyfiyyətsiz ərzaq verilməsindən söhbət belə gedə bilməz, yalnız keyfiyyəti şübhə doğuran ərzaqlar dərhal dəyişdirilib.

Komissiyanın bütün rayonlardakı uşaq bağçalarında apardıqları yoxlamalarda ciddi nöqsanlar və problemlər aşkar edilməyib. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bağçalara verilən ərzaqların keyfiyyətinin ciddi nəzarətdə saxlanılması, hər hansı problem yaranarsa dərhal məlumat verilməsi tapşırılıb, bildirilib ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bu işlərdə ictimaiyyət nümayəndələri və ilk növbədə valideynlərin köməyi və məlumatları əsas götürüləcəkdir. Ümumiyyətlə isə 2018-ci il ərzində şəhərin Məktəbəqədər təhsil və uşaq evlərində ərzaq təminatı ilə bağlı hər hansı problemlər yaşanmamış və məsələnin süni surətdə şişirdilməməsi tövsiyə olunur.

Eyni zamanda Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumlara Yeni il ərəfəsində bağçalara verilən ərzaqların çeşidlərinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Xəbər 1199 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +