Milli Şura Bakıda mitinq keçirib- VİDEO
Sabah hava necə olacaq?
Balakəndə 2 nəfərdə silah tapıldı
Bakıda daha bir gənc itkin düşüb
Miqrantları daşıyan gəmi batdı
Rusiya XİN-dən Bakıya ETİRAZ
Maşınınız duracağa aparılacaq - Növbəti xəbərdarlıq
DİN-in bu hüquqları əlindən alındı
Atəşkəs bu gecə də pozuldu
Hava şəraiti nə vaxt normallaşacaq?


08.11.2018  11:37 

Nazirlik Neft Emalı Zavodunu məhkəməyə verir





A+  A-

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub. Nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.
XəzərNews.az xəbər verir ki, faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək.

Atmosferə zərərli atılmalara görə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün Neft Emalı Zavoduna icrası məcburi olan “məcburi göstəriş” verilib.

Xəbər 677 dəfə oxunub.




19.01.2019  14:16 

Sabah hava necə olacaq?

19.01.2019  10:48 

Miqrantları daşıyan gəmi batdı

18.01.2019  16:34 

Rusiya XİN-dən Bakıya ETİRAZ

18.01.2019  15:08 

Sabah hava necə olacaq?

18.01.2019  11:29 

Kombi oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +