Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.10.2018  11:09 

“Burada tikintiyə qərar verənlər məsuliyyət daşımalıdır”





A+  A-

“Bu, təbii fəlakətdir. Səbəblərini açmaq üçün tələsmək lazım deyil. Gözləməliyik ki, ekspertlər, alimlər öz rəyini desinlər”.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov Badamdarda baş verən sürüşmədən danışarkən deyib. O xatırladıb ki, bütün dünyada, o cümlədən XVIII əsrdə Badamdarda yaşayış olmasa da sürüşmələr qeydə alınıb: “İnsan fəaliyyəti yalnız bu sürüşmələri sürətləndirə bilər. İlk dəfə XIX əsrin ortalarında Bayıl qəsəbəsində sürüşmə olub”.

Kanalizasiya sisteminin olmamasının prosesi sürətləndirməsi məsələsinə gəlincə isə o qeyd edib ki, bu hadisəni kanalizasiya sistemi ilə bağlamaq olmaz: “Birincisi, ekspert rəyininin təqdim olunmasını gözləməliyik. Hər halda bugünkü vəziyyət təhlükəlidir. Hazırda təhlükəsizlik tədbirləri müvafiq qurumların nümayəndələri tərəfindən görülüb. Alimlərin rəyinə əsasən burada post qurulub.

Həmçinin, vaxtilə bu ərazidə tikinti tikməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır. Onlar landşaftı görəndə tikintinin məqsədəuyğun olmadığını bilməli idilər”.

Xəbər 2894 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +