Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.10.2018  12:57 

Zahid Oruc məmurları sosial şəbəkələrə gəlməyə ÇAĞIRDI





A+  A-

Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Zahid Oruc müasir dövrün tələblərinə uyğun olaraq məmurları və rəsmiləri sosial şəbəkələrdən aktiv istifadə etməyə çağırıb.
XəzərNews.az-ın məlumatına görə, deputat Zahid Oruc bildirib ki, bu gün “Youtube” kanalını izləyənlərin sayı milyardı keçib.

“Ona görə də Azərbaycan dövləti sosial mediada öz təbliğatını qurmalıdır. Əgər İran dövlətinin rəhbərlərinin “Facebook”, “Tvitter”də hesabı varsa, deməli, bu məsələlərə həssas yanaşmaq lazımdır.

Deputat Avropa məkanında “Evronyus” Azərbaycan kanalının yaradılmasını zəruri hesab edir.

Zahid Oruc həmçinin deputatları Azərbaycana qarşı kampaniyalara cavab verməyə çağırıb.

O əlavə edib ki, Azərbaycana qarşı təbliğat aparan Fəxrəddin Abbaszadənin Rusiyada həbs olunmasını təqdirəlayiqdir.

“Həmin şəxslərin cəzalandırılması digərləri üçün də dərs olar”.

Dollar kreditləri ilə bağlı qərara da toxunan Z. Oruc deyib ki. bu məsləyə ciddi yanaşmaq lazımdır.

Spiker Oqtay Əsədov isə buna cavab olaraq bildirib ki, hər şeyi parlament etməli deyil.

“Nazirlər kabineti də var”-deyə O.Əsədov qeyd edib.

Xəbər 3183 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +