Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.05.2018  11:57 

İşdən qovulan generalları NƏ GÖZLƏYİR?





A+  A-

Ötən gün Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunması barədə məlumat yayılıb.
Əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları işdən çıxarılıb. Onlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və başqalarıdır.

Bir neçə şəxs yəni, Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” sözügedən şəxslər haqqında maraqlı məlumatlar əldə edib.

Belə ki, gömrük xidməti general-mayoru Sadiq Abduyev uzun illər bu sahədə çalışıb. Prezident tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Onun böyük biznesə sahib olduğu haqqında məlumatlar var. Həyat yoldaşı Könül Abduyeva şəhərin mərkəzində yerləşən “K.aan” modalar evinin rəhbəridir.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev 1962-ci ildə Masallı rayonunda anadan olub. İxtisaca uroloqdur. 2008-ci ildən Mərkəzi Gömrük Hospitalında çalışır. Ailəlidir, 2 övladı var. 2014- cü ildə prezident tərəfindən ona “əməkdar həkim" adı verilib.

Həbs edilən Məmmədli Fərman Həmzə oğlu isə 2012- ci ildə gömrük işinin inkişaf etdirilməsində xüsusi xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə “dövlət qulluğunda fərqlənməyə görə” ordeniylə təltif edilib.

Bu məqamda qeyd edək ki, işdən qovulan yüksək vəzifəli gömrük əməkdaşları Sadiq Abduyev və Fikrət Qədiməliyevin həbs olunacağı deyilir. Məlumdur ki, onlarla işbirliyində ittiham olunan şəxslərlə bağlı həbsqətimkan tədbiri seçilib.

Xəbər 3914 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +